Əsas səhifə / Əsas menu / Gözəllik / Kirpiklərə düzgün qulluq – Qaydalar
Bizi mobildən daha sürətli  izləyin

Kirpiklərə düzgün qulluq – Qaydalar

f

Kirpiklərə düzgün qulluq  – Qaydalar

Uzun, sıx və qalın kirpiklər hər qadının xəyalıdır. Ancaq söhbət kirpik və qulluqdan gedəndə uğurlu nəticə əldə etmək üçün vaxt tapmaq problemə çevrilir.
Qadınların ən təsirli, həssas silahlarından biri gözləri olduğuna görə kirpiklərinə hər zamankından daha çox diqqət ayırmaq lazım gəlir. Xəyalınızda olan kirpiklərə sahib olmaq üçün sizə kömək ola biləcək bir neçə ipucları verə bilərik. Ailə.lent.az kipriklərlə bağlı qadınlara bir neçə məsləhət təqdim edir:

Kirpiklərinizə qarşı diqqətsizlik etməyin

Dərinizə önəm verdiyiniz qədər kirpiklərinizə qarşı da bir o qədər diqqətli olmalısınız. Makiyaj edərkən istifadə etdiyiniz boyaları təmizləmədən yatmayın.

Göz makiyajınızı təmizləyən zaman yalnız kirpiklər üçün olan təmizləyicilərdən istifadə edin. Kirpiklər üçün seçdiyiniz hər məhsulun nəmləndirici xüsusiyyəti olmasına diqqət edin. Hind yağı və zeytun yağı tərkibli məhsullar seçməyiniz kipriklərinizin sağlam qalmasına kömək olacaq.

Gözlərinizi ovuşduraraq qaşımayın

Bir çoxlarımızın tez-tez etdiyi səhvlərdən biri də gözlərimizi ovuşduraraq qaşımağımızdır. Gözləri bu formada qaşımaq kirpik itkisinə səbəb olur və böyüməsinin qarşısını alır. Belə bir adətiniz varsa, sağlam kipriklər üçün tez bir zamanda tərgitmənizdə fayda var.

Təbii məhsullardan istifadə edin

Kipriklərinizin böyüməsi və gurlaşması üçün bir çox təbii üsullar var. Özünüzün də asanlıqla hazırla biləcəyiniz qarışımları kirpiklərinizə tətbiq etməklə gur və sağlam görünməsini təmin edə bilərsiniz.

– Zeytun yağı və hind yağının qidalandırıcı xüsusiyyətləri sayəsində kipriklərinizə sürtə bilərsiniz
– Limon qabığı əzməsini zeytun yağı və hind yağı ilə qarışdıraraq xüsusi qulluq yağı hazırlaya bilərsiniz
– E vitamini olan qidalardan istifadə etmək kirpiklərinizin güclənməsinə kömək edəcək. Bu baxımdan ispanaq və qırmızı paxlalılar kimi E vitamini ilə zəngin qidalardan istifadə edin

Buna da baxın

Kiçik gözləri daha böyük göstərən makiyaj

Whatsapp ilə Paylaş Makiyaj hər bir qadının əvəzedilməzidir. Makiyajla üz cizgilərini bir qədər daha qabardaraq …