Əsas səhifə / Əsas menu / Gözəllik / Kirpiklərinizə vazelin çəkin, çünki…
Bizi mobildən daha sürətli  izləyin

Kirpiklərinizə vazelin çəkin, çünki…

 

uzun-kirpikler-icin

Katy Perry kimi uzun kirpiklər istəyirsiniz? Bəs, Angelina Jolie kimi dolğun dodaqlara nə deyərsiniz? Bütün bunlar və daha çoxu üçün vazelin sizə köməkçi ola bilər! Necə?

Qadinklubu.com-un məlumatına görə, 1859-ci ildə Pensilvaniyada Robert Chesebrough adlı bir kimyagər, bəzi işçilərin əllərindəki kəsikləri sağaltmaq və yumşaltmaq üçün çubuqla yaralara bal mumu çəkdiyini görür və bu möcüzəvi jeleni daha dərindən araşdırmağa başlayır. İllər keçdikcə quru dərilərin ən böyük dostu vazelin olmağa başladı. Lakin bu gün vazelindən daha fərqli məqsədlər üçün istifadə edirlər və parlaq nəticələr alırlar.

Kirpiklər

Əgər daha uzun və qalın kirpiklərə sahib olmaq istəyirsinizsə, gecə yatmadan öncə kirpiklərinizə bir az vazelin çəkin. Bir neçə həftə içində təsirini görəcəksiniz.

Çatlamış dodaqlar

Qurumuş dodaqlarınızın baxımı üçün vazelin köməyinizə çatacaq. Gündə 2 dəfə tətbiq etmək, böyük nəticələr verəcək.

Dırnaqlar

Dırnaq ətlərinin yumşalması üçün nizamlı olaraq dırnaqlarınızın diblərinə vazelin tətbiq edin. Manikürçünüz sizə təşəkkür edəcək.

Ətir

Ətir sıxmadan əvvəl, o bölgəyə vazelin tətbiq etsəniz, ətirinizin qoxusu daha uzun müddət qalacaq.

Buna da baxın

Çatlayan dodaqlara çarə

Whatsapp ilə Paylaş Xüsusən qış aylarında şaxtanın və soyuqun təsirindən dodaqlar daha çox təsirə məruz …