Əsas səhifə / Əsas menu / Qadın psixologiyası / Kişilərə göstərilən həddən artıq qayğının nəticəsi necə olur?
Bizi mobildən daha sürətli  izləyin

Kişilərə göstərilən həddən artıq qayğının nəticəsi necə olur?

y

Bu günkü söhbətimizin mövzusu kişilərdir.

Daha doğrusu, bizim onlara olan münasibətimizdir. Son illərdə bütün dünyada, həmçinin də Azərbaycanda boşanma halları narahatlıq doğuracaq şəkildə çoxalıb. Psixoloqlar bunun səbəbini münasibətlərin formasında görürlər. Çətin həyat şəraitinin qadınlarda yaratdığı itirmək qorxusu onları kişilərə qarşı daha diqqətli olmağa vadar edir. Bu isə bəzən yaxşılıq əvəzinə pis nəticələrə gətirir. Yəqin ki, bu fakt bir qədər qəribə səslənir.

Axı diqqət, qayğı hansı pisliyi yarada bilər? Bu suallara qadınların problemləri ilə məşğul olan amerikalı psixoloq Barbara de Anceles belə cavab verir.

Qadınlar kişilərə qarşı münasibətdə aşağıdakı səhvləri buraxırlar:

* Qadınlar özlərini ana kimi aparırlar və kişi ilə uşaq kimi rəftar edirlər.
* Qadınlar özlərini sevdikləri şəxsə qurban verirlər; özlərini ondan sonra ikinci hesab edirlər.
* Qadınlar kişinin potensial imkanlarına aşiq olurlar.
* Qadınlar öz qabiliyyətlərini və üstünlüklərini gizlədirlər.
* Qadınlar könüllü olaraq, kişilərə tabe olurlar.
* Qadınlar kişidən istədiklərini əldə etmək üçün özlərini balaca qız kimi aparırlar.

Qadınlar partnyorlarına tez-tez nəyisə xatırlatmalı olurlar. “Yolda ehtiyatlı ol”, “İşığın pulunu ödəməyi unutma”, “Tərləmisən, əynini dəyiş” kimi “tapşırıqlar” qayğıkeş qadınlar üçün adi gündəlik sözlərdir. Bu sətirləri oxuyun kimi çoxunuzun “düzdür” deyəcəyinə əminəm. Çünki bu, qadınlar arasında ən çox yayılmış haldır. Qadınlar kişilərlə uşaq kimi rəftar edirlər. Onlara elə gəlir ki, kişilər sərbəst heç nə edə bilmirlər, daim tapşırığa, nəzarətə ehtiyac duyurlar. Unutmayın ki, sizin bu rəftarınız kişini özünü balaca uşaq kimi aparmağa vadar edir.

Bəs qadınlar kişi ilə ana kimi rəftar edərkən hansı səhvlərə yol verirlər?

* Daim kişilərə onların görməli olduqları işlərdə kömək edirlər.
* Onlardan informasiya almaq üçün söz oyunu oynayırlar.
* Güman edirlər ki, kişilər unutqandırlar və buna görə özləri xatırlamalı olduqları şeyləri də onların yadlarına salmaq lazımdır.
* Onları uşaq kimi danlayırlar.
* Onların nəyisə düzgün edə bilməyəcəyini düşünərək məsuliyyəti öz üzərlərinə götürürlər.
* Onların səhvlərini tutur və istiqamətləndirməyə çalışırlar.

Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …