Əsas səhifə / Əsas menu / Evlilik / Kişilər niyə evlənməkdən qorxurlar?
Bizi mobildən daha sürətli  izləyin

Kişilər niyə evlənməkdən qorxurlar?

opKişilər niyə evlənməkdən qorxurlar?

Evlilikdən söz düşəndə bir kişinin ağlına gələn ilk şey azadlığını itirməsi və bağlanmaq qorxusudur. Müstəqillik kişilər üçün çox əhəmiyyətlidir. Mənə elə gəlir ki, kişilər evlənməkdən daha çox boyunlarındakı məsuliyyətin artmağından qorxurlar. Fikirləşirlər ki, onlar üçün subaylıq daha əlverişlidir. Uşaq problemi yox, qadın problemi yox, evə gec gələndə deyinən biri yox. Bunlardan qorxurlar.

Həqiqətənmi kişilər məsuliyyətin münasibətlərə xələl gətirəcəyindən qorxurlar?

Kişilər evləndikdən sonra bəzi vərdişlərindən əl çəkməli və daha məsuliyyətli olmaları üçün evlilikdən çəkinirlər.

Kişiləri evlilikdən soyudan qorxuları:

1. Fərqli millətlərdən olan xanımlarla münasibət xəyalından imtina etmək;

2. Evlənəndən sonra başqa qadına aşiq olmaq qorxusu;

3. Boşanmaq qorxusu;

4. Ətrafındakı uğursuz evliliklərdən onun da başına gələcəyini fikirləşmək qorxusu;

5. Əyləncələrdən imtina etmək – əyləncəyə öyrəşən kişilər vərdişlərindən imtina etmək və cavabdehlik qorxusundan əziyyət çəkir.

6. Həmişə eyni, monoton davam edən evlilik qorxusu;

8. Dostlarla gecə həyatından imtina etmək qorxusu;

9. Erotizmdən imtina etmək və nizamlı, rəngarənglikdən uzaq olan cinsi həyat qorxusu.

10. Evləndikdən sonra götürdüyü öhdəliklər görə azadlığını itirəcəyi onları qorxudur.

Bir kişinin evlənməkdən qorxmasının əsas səbəblərindən biri də tərəfdaşından əmin olmamaq duyğusudur. “Həyatımı onunla keçirmək istəyirəm?” sualına cavab tapmaqda çətinlik çəkirsə, evlənmək təklifini eşitməyə bilərsiniz. Əksər kişilər səhv etməkdən çəkinirlər.

Buna da baxın

Həyat yoldaşınızı dəyişdirməyə çalışmaqdan vaz keçin – 5 səbəb

Whatsapp ilə Paylaş Həyat yoldaşınızın xarakterini dəyişdirməyə çalşımazdan əvvəl bir daha düşünün. Çünki bu baş …