Əsas səhifə / Manşet / Kişilər və hamilə qadınlar bu tərəvəzi mütləq yeməlidir!
Bizi mobildən daha sürətli  izləyin

Kişilər və hamilə qadınlar bu tərəvəzi mütləq yeməlidir!

bu qidaan; kişilər və hamiləqadınlar mütləq yeməlidirBu qeyri-adi tərəvəzin adı “bamiyə” dir. Bamiyənin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.

Tərəvəz çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində C, A, K, B6, B9 (fol turşusu) kimi vitaminlər, kalsium, dəmir, maqnezium, zülallar və s. faydalı maddələr var.

Bamiyənin dadı qulançar və badımcanın dadını xatırladır. Bamiyəni bişirmək, salatlara, suplara əlavə etmək olar. Tərəvəzin çox xoş dadı var.

Fol turşusu ilə zəngin olan bamiyə hamilə qadınlar üçün xüsusilə faydalıdır. Fol turşusu dölün sinir sisteminin normal inkişafı üçün xüsusilə vacibdir. Bu bütün dünyada təsdiq olunmuş elmi faktdır.

Bamiyə az kalorili tərəvəzdir. Onu tez-tez “diyetoloqun arzusu” adlandırırlar. Tərəvəzin kaloriləri azdır, lakin orqanizm üçün faydası çoxdur.

Bamiyə zəiflənmiş və ya cərrahi əməliyyat keçirmiş insanlar üçün də faydalıdır.

Bamiyə bəzi göz xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası üçün müalicəvi qida kimi istifadə olunur.

Bamiyə mədə-bağırsaq sisteminə müsbət təsir edir, bağırsaqları toksinlərdən və şlaklardan təmizləyir. Bamiyə qəbizliklə mübarizə etməyə kömək edir, xora xəstəliyi zamanı xeyirlidir, düz bağırsaq xərçənginin qarşısını almağa kömək edir.

Bamiyə qanda şəkəri və xolesterini aşağı salır. Bu səbəbdən bu tərəvəz şəkərli diabet və aterosklerozun profilaktikası üçün faydalıdır.

Bəzi araşdırmalar göstərir ki, bamiyə potensiya problemləri olan kişilərə yaxşı kömək edir.

Depressiya, stress, xroniki yorğunluq sindromu, ağır fiziki gərginliklər zamanı bamiyə çox faydalıdır.

 

mənbə/ sağlamolun.az

Buna da baxın

Əməliyyat olmadan, təbii şəkildə mədə kiçiltməyin yolu

Whatsapp ilə Paylaş Yay mövsümü yaxınlaşır. “Çimərlikdə ideal görünməliyəm” deyən artıq çəkili xanımlar üçün çəki …