Əsas səhifə / Əsas menu / Sağlamlıq / Kişi sağlamlığı / Kişilərdə potensiyanı artıran qida
Bizi mobildən daha sürətli  izləyin

Kişilərdə potensiyanı artıran qida

xur

Kişilərdə potensiyanı artıran qida

Xurma karbohidratlarla zəngindir və bu səbəbdən bir neçə xurma insanda aclıq hissini xeyli azaldır. Bunun nəticəsində xurma ilə oruc açan insan həddən artıq yemir və nəticədə öz fiziki və mənəvi sağlamlığına ziyan vurmur.

Mütəxəssislər xurmanın yüksək qidalı və müalicəvi xüsusiyyətlərini qeyd edirlər. Xurma əsl vitamin-mineral kompleksidir. Xurma B qrupu, C, A vitaminləri, fosfor, kalsium, dəmir, kalium, mis, maqnezium, sink, selin və bir çox digər faydalı minerallarla zəngindir. Xurma həmçinin aminturşularla zəngindir.

Kalium və dəmirlə zəngin olan xurma ürək-damar sistemi üçün olduqca faydalıdır – ürəyin fəaliyyətini və qanın tərkibini yaxşılaşdırır, ürəyin əzələsini möhkəmləndirir, tonuslaşdırır, damarları və kapilyarları möhkəmləndirir, trombların əmələ gəlməsinin qarşısını alır. Kardioloqlar ürək xəstəlikləri olan insanlara bu meyvəni gündəlik qidalanmasına daxil etməyi tövsiyə edirlər.
Xurma mədə-bağırsaq sistemi üçün də çox xeyirlidir – bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, mədənin şirəsini azaldır ki, bunun nəticəsində mədə və 12 barmaq bağırsağında olan xoralar və eroziyalar daha tez sağalır.

Pektinlərlə zəngin olan xurma bağırsaqları ziyanlı maddələrdən (şlaklar, toksinlər, ağır metalların duzları və s.) təmizləyir, orqanizmdə “pis” xolesterinin səviyyəsini aşağı salır.

Xurma orqanizmə xərçəng əleyhinə təsir edir.

Xurma hamilə qadınlar üçün xüsusilə faydalıdır. Belə hesab olunur ki, xurma doğuş prosesini asanlaşdırır, qadına güc verir, doğuşdan sonra uşaqlığın daha tez yığılmasına və bunun nəticəsində qanaxmaların qarşısını almağa kömək edir.

Süd verən analar üçün də xurma çox faydalıdır. Xurma anada südün artmasına kömək edir.

Xurmanın daim qəbulu insanın immun sisteminə çox müsbət təsir edir.

Yorğunluqla mübarizədə xurma ən yaxşı vasitədir. Bir neçə xurma insanın əmək qabiliyyətini artırır, insanı daha gümrah və fəal edir.

Xurma kişi sağlamlığı üçün də çox xeyirlidir – spermanın keyfiyyətinə müsbət təsir edir, kişi gücünü (potensiya) artırır.

B qrupu vitaminlərlə zəngin olan xurma insanın sinir sisteminə çox müsbət təsir edir – sakitləşdirir, beynin fəaliyyətini yaxşılaşdırır. Yuxusuzluqdan əziyyət çəkən insanlar belə reseptdən istifadə edə bilərlər – 1 stəkan suda 2-3 xurma qaynadın, süzün və ilıq şəkildə yatmazdan əvvəl için.

Xurmanın tərkibində olan fosfor və kalsium mineralları dişlərin sağlamlığı üçün çox vacibdir. Həmçinin xurma damaqları möhkəmləndirir, damaqların qanamasını və iltihabını azaldır.

Qəbizlikdən əziyyət çəkən insanlar bu kimi təbii müalicəvi vasitədən istifadə edə bilərlər – 5 dənə xurmanı 1/2 l suda kompot kimi bişirin və sübh tezdən bu kompotdan (ilıq şəkildə) 1 stəkan için. Qalan suda yulaf yarmasını (“herkules”) isladın və 30 dəqiqədən sonra yeyin.

Öskürək və boğaz ağrısı zamanı 3-4 ədəd yuyulmuş və çəyirdəyi çıxarılmış xurmanı 1 stəkan süddə 15 dəqiqə ərzində vam odda qaynadın, süzün və sonra ilıq şəkildə qəbul edin.