Əsas səhifə / Əsas menu / Evlilik / Kişiləri əsəbləşdirən 10 mesaj
Bizi mobildən daha sürətli  izləyin

Kişiləri əsəbləşdirən 10 mesaj

s

Münasibətlərdə mesajlaşmaq, gün ərzində bir-biri ilə mütəmadi olaraq əlaqə saxlamaq çox gözəl və labüddür.

Amma aparılan sorğu nəticəsində məlum olmuşdur ki, bəzi mesajlar kişiləri hədsiz əsəbləşdirir. Mesajın yazılma zamanı və ya məzmunu baxımından asılı olaraq fərqli nəticələrlə yekunlaşa bilir, Qadınklubu.com həmin 10 mesajı sizlərlə də paylaşır.

1-Günün ilk saatlarında ya da iş çıxışına yaxın bir zamanda gələn “Nə etdin?” mesajı.

2-Bir telefon görüşməsindən sonra gələn “Telefonun niyə məşğuldur, kimlə danışırsan?” mesajı.

3-Bir işi olduqda və cavab yazmadığında gələn “İşin məndən daha əhəmiyyətlidirsə narahat etməyin səni!” mesajı.

4-Tək bir sözlə cavablanacaq bir mesaja yazdıqları tək sözlük cavab sonrası gələn “Sənə yazdığım uzun mesajın cavabı budur?” mesajı.

5-Mesajlaşma vərdişi olmamasına baxmayaraq, yenə də cavab yazan kişiyə gələn “Həmişə mən mesaj atıram. Sən mənə dəyər vermirsən? Niyə heç yazmırsan!” mesajı.

6-Görmədiyi üçün cavab yaza bilmədiklərində, gələn “yazdıqlarıma cavab vermirsən, sən artıq məni əvvəlki qədər sevmirsən” mesajı.

7-Mənfi bir cavab verəndə gələn “Sən bilərsən …” mesajı.

8-İstəyinizi mənfi qarşıladıqları anda göndərdiyiniz “Yaxşı …” ilə bitən kinayəli mesajlar.

9-Hər gün telefonla ya da üz-üzə görüşmələrinə baxmayaraq, telefonlarına gələn “Bir problem var? Bu gün heç mesaj göndərmədin. Problem varsa, danışaraq həll edə bilərik.” mesajı.

10-“Sən heç romantik mesajlar yazmırsan. Romantik mesajları həmişə mən göndərirəm. Məni əvvəlki qədər sevmirsən?” mesajı.