Əsas səhifə / Manşet / Kişiləri dodaq formasından tanıyın
Bizi mobildən daha sürətli  izləyin

Kişiləri dodaq formasından tanıyın

formaa

Qarşınızdakı insanın xarakterini onun dodaqlarından öyərənə bilərsiniz. Qadinklubu.com dodaq formasına görə insanların hansı xüsusiyyətlərə malik ola biləcəyi barədə ipuclarını təqdim edir.

Dodaqlar bir-birindən aralı şəkildədirsə, belə insanlar qərarsız, dünya-aləmi vecinə almayan, özü üçün yaşayan şəxslər olur. Bir-birinə sıx, kilidlənmiş şəkildə dayananlar isə, qərarlı və məqsədli, inadkar insanlar olur. Adətən ciddi və məsuliyyətli xarakterə malik olurlar.

Dolğun və biçimli dodağa sahib olanlar, açıqsözlü və səmimi insanlar olurlar. Onlara sonsuz güvənə bilərsiniz. Belə insanlar sevgilərini göstərməyi çox sevirlər.

Alt dodaq qalın, üst dodaq incədirsə, deməli siz xəyalpərəst bir insanla qarşı-qarşıyasınız. Cəmiyyət içərisində hər zaman seçilsələr də, çox təvazökardırlar. Sevgilərinə sadiq olurlar. Üzərlərində idarəçiliyin olmasını sevmirlər.

Üst dodağı incə, alt dodağı qalın olanlar, əylənməyi sevən, planla hərəkət etməyən və əsasən yaradıcı insanlar olurlar. Zarafatcıl xarakterləri ilə sizi özlərinə aşiq edə bilərlər.

Son olaraq, incə dodağa malik olanlar isə, əsasən bədbin və qərarsız şəxslər olur. Lakin ən sadiq kişilər incə dodağa malik olanlardır. Çox dürüst olurlar. Lakin hisslərini paylaşa bilmirlər.