Əsas səhifə / Manşet / Kişiləri qısqandıracaq 5 davranış
Bizi mobildən daha sürətli  izləyin

Kişiləri qısqandıracaq 5 davranış

kisill

Sevən insan qısqanmalıdır. Siz də bu deyimi qəbul edənlərdənsinizsə, bu yazı sizlər üçündür. Əgər sevgilinizi qısqandırmaq istəyirsinizsə, Qadınklubu.com sizə 5 sadə üsul təklif edir. Bu üsullarla sevgilinizi qısqandıra və ya qısqanmaması üçün tədbir ala bilərsiniz.

Başqa bir kişinin zarafatına gülmək

Əgər onun yanında başqa bir kişinin zarafatlarına qulaq asıb, davamlı gülürsüzsə, çıxanda mübahisəyə hazır olun.  Heç bir səbəb olmadan kefinin pozulduğunu hiss etmək o qədər də çətin olmayacaq.

Rəfiqələrinizlə gəzmək

Təbii ki rəfiqələrinizlə evdə toplandığınız müddətcə heç bir kişi qısqanc deyil. Amma çölə çıxdığınızda, kişilər buna hər cür üsulla qarşı gəlməyə çalışarlar. Getməyinizə icazə versə belə, qısqanclıqdan dəli olacaq və çox ehtimal ki, zəngləri ilə bunu sizə də hiss etdirəcəklər.

Oğlan dostlarınız

Onların rəfiqələrini qəbul etməyinizin lazım olduğunu düşünsələr də, özləri sizin oğlan dostlarınızı qəbul etməzlər. Qəbul etdiklərini desələr belə, səmimi olmazlar.

İşdən gec gəlmək

İşdə normal vaxtdan gec çıxmaq kimi səbəbləri heç cür qəbul etməzlər. Qadınlar kimi kişilər də belə məsələlərdə başqa düşüncələrə düşərək qısqanclıqdan dəli olarlar. Çox vaxt düşüncələri qadınlar qədər məntiqli də olmaz.

Dostlarınıza ondan çox vaxt ayırmaq

Dostlarınızla vaxtınızı daha əyləncəli keçirirsizsə, bundan sevgiliniz heç razı qalmayacaq.

Dediyimiz kimi, söhbət yumor olduğunda bunu qürur məsələsi halına gətirirlər! Hamısı əyləncəli olmağa məcburdurlar sanki…

Buna da baxın

Sizi hələ də əvvəlki kimi sevirmi? – Test edin

Whatsapp ilə Paylaş Uzunmüddətli münasibət və evliliklərdə əksər qadınların ağlında, “görəsən məni hələ də əvvəlki …