Əsas səhifə / Əsas menu / Xəbər / Kişilərin qadınlar haqqında 7 uydurması
Bizi mobildən daha sürətli  izləyin

Kişilərin qadınlar haqqında 7 uydurması

yKişilərin qadınlar haqqında 7 uydurması

Uydurmaları kəşf edən təkcə xanımlar deyil.

Uydurmaları kəşf edən təkcə xanımlar deyil. Lazım gələndə kişilər də uydurmağı bacarır. Xüsusilə qadınlar haqqında. Özü də elə bacarırlar ki, dil-dil ötən qadınlar belə, onların cavabını verməkdə çətinlik çəkirlər. Maraqlıdır ki, kişilərin bu haqda mövzusu nədən ibarət olur?

1. Kişilər həmişə elə düşünürlər ki, qadınlar zərif yox, zəif cinsin nümayəndələridir. Bu heç də belə deyil. Tarixdə elə qadınlar olub ki, böyük bir ordunu diz çökdürüblər. Hələ bəzi ailələrdəki qadın hökmranlığını nəzərə almırıq. Bu faktdır.

2. Kişilər elə fikirləşirlər ki, qadın məntiqi çox gülünc və heç bir təsirə malik deyil. Yanlış fikirdir. Elə qadınlar olub ki, öz məntiqləri ilə ən böyük savaşları dayandırıblar. Həmçinin elə qadınlar da olub ki, siyasətçi bəylərə məntiqi təsirləri ilə yeni müharibə ocaqları yaratmağa nail olublar.

3. Kişilərin fikrinə görə, bütün qadınlar qeybəti sevirlər. Amma gəlin unutmayaq ki, elə kişilər də var ki, min qadının etdiyi qeybətin öhdəsindən təklikdə gələ bilərlər.

4. Kişilərin qənaətinə görə, qadınlar ərlərindən çox qazana bilməzlər. Bəs onda qadın hesabına yaşayan saysız hesabsız kişiləri harda gizlədək? Bu dünyada nə çox alfonslar…

5. Kişilərin məntiqinə görə, qadınlar uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilirlər. Bu əslində məntiq yox, kişilərin hiyləsidir. Çünki xanımlar heç olmasa bazar günləri öz şəxsi işlərinə bir-iki saat vaxt sərf etmək istəyəndə kişilər uşaqlarına baxmaqdan imtina etmək üçün bunu uydurublar.

6. Kişilər həmişə deyirlər ki, qadınlar daha səliqəli və təmizkardırlar. Bu da kişilərin növbəti uydurmasıdır. İş görməmək, tənbəlliklərini büruzə verməmək üçün kişilər həmişə bu arqumentdən ustalıqla istifadə edirlər.

7. Kişilərin qadın haqqında uydurmalarından biri də xanımların bədxərc olmaları ilə bağlıdır. Bunu əsasən qazancını ailəsinə xərcləməkdə “əziyyət” çəkən kişilər uydururlar. Əslində xanımların qənaətcilliyi kişilərdən qat-qat çoxdur.


Buna da baxın

Yaşınız qədər qaşıqla düyü götürün… Həyatınızı dəyişdirən prosedur

Whatsapp ilə Paylaş Neçə yaşınız varsa, o qədər qaşıq düyü götürün, üzərinə su tökün… Həyatınızın …