Əsas səhifə / Əsas menu / Ailə / Kişilərin seksdə və eşqdə haqlı olduqları 10 həqiqət
Bizi mobildən daha sürətli  izləyin

Kişilərin seksdə və eşqdə haqlı olduqları 10 həqiqət

Kişilərin seksdə və eşqdə haqlı olduqları 10  həqiqət

1) Kompüter oyunları sizi yaxınlaşdırar

Sevgilinizin dostları ilə  toplanıb PlayStation oynaması sizə axmaqlıq  gələ bilər. Hətta bunu uşaqlıq hesab edərək,  bu mövzuda şərh belə etmək istəməyə bilərsiniz. Bu vərdişini nə qədər axmaq və uşaqlıq hesab etsəniz də,  bir dəfə sınamaqdan zərər gəlməyəcəyini qəbul edin. Bu vərdiş əslində sizin birlikdə çox xoşbəxt və əyləncəli bir vaxt keçirməyinizə səbəb olacaq. Axmaqlıq hesab etdiyiniz sevgilinizin bu zövqü əslində sizin shopping maraqınızdan daha çox münasibətinizə canlılıq qatacaq.

2) İnternet vərdişlərinin sevgisinə bir aidiyyatı yoxdur

İnternet həyatımıza hər gün yeni bir şeylər gətirir. Onlardan biri də yoldaşlıq saytlarıdır. Nə qədər çox yoldaşınız olsa, o qədər ictimai olursunuz. Amma sevgilinizin dost  sayı və ya siyahısına davamlı bəzilərini əlavə etməsyi  sizi narahat etməyə başlaya bilər. Hətta zaman-zaman ətrafımızda sosial şəbəkələrə görə dalaşan cütlüklər  belə görürük. Sosial şəbəkələrin hər zaman tanışlıq məqsədli deyil, bir vasitə ola biləcəyini unutmayın.

3) Başqalarına  baxmağı normaldır

Adından da göründüyü kimi: Yalnız baxmaqdan bəhs edirik. Bəzi qadınlar, sevgililərinin başqa qadınlara qətiyyən  baxmamalı  olduğunu düşünürlər. Gözəlliklərlə dolu bir dünyada yaşayırıq. Təbii ki, yolda gedərkən və ya bir yerdə oturub yeməyini yeyərkən başqa qadınlara baxacaq. Siz də kişilərə baxdığınızı qəbul edin. Qız yoldaşlarınızla çölə çıxdığınızda ətrafınızdakı kişilər həmişə çirkinmi olur? Siz də yaraşıqlı kişilərə baxıb aranızda fikir mübadiləsi edirsiniz. Bəzi cütlüklər bunu bərabər  olarkən  də edir. Uzaqdan çox “adi” bir əlaqə kimi görünsə də, əslində bu vəziyyət, o iki insanın bir-birləriylə nə qədər rahat olduqlarını göstərir.  İnsan təbiətinin doğuşdan gələn bu xüsusiyyətini qəbul edin və yalnız bir baxışın kişinizin sizi aldatacağı mənasını verməyəcəyini unutmayın.

4) Çox seks yaxşı seksi özü ilə gətirər

Bəzi şəxslər vardır, görü- görməz seks həyatlarının nə qədər möhtəşəm olduğu anlaşılır.  Məsələn Beyonce və Jay Z. Sanki hər yerdə sevişə bilirmiş kimi görünürlər.  Burada ağılınıza belə bir sual gələ bilər: Bu qədər çox sekslə məşğul olmağın səbəbi seksin çox yaxşı olmasıdır? Yoxsa seksin çox yaxşı olmasının səbəbi çox  sevişmələridir? Əslində “Yumurta əvvəl yaranıb, yoxsa toyuq” tipli sualların çox da əhəmiyyəti yoxdur. Kişilərin bildiyi və qadınların bəzən unutduğu şey, seksə hər zaman hazır olmağın bizi daha çox xoşbəxt edəcəyi həqiqəti. Çox sevişmək, yaxşı bir sevişməyi möhtəşəm seks halına gətirə bilər. Bu şəkildə bir-birinizin bədəninə tanışlıq qazanar və üfüqünüzü genişlədib yataqda yaradıcı şeylər edə bilərsiniz. Qısa müddətdə nə qədər seksual bir cütlük  olacağınızı görəcəksiniz!

5) Bəzən susmaq yaxşıdır

Xüsusilə münasibətlərin əvvəlində, söhbət əsnasında ortaya çıxan susqunluqlar hər kəsin qorxusudur. Ətrafınıza baxmağa başlayır, bir-birinizin haqqında başlıca şeyləri öyrəndikdən sonra çarəsizcə yeni mövzu axtarışına girməyə çalışırsınız. Belə olan halda nəisə mövzu tapmaq üçün qıvrılarsınız. Ona altı yaşında yaşadığın  bir macəranı izah etməyə başlamazdan əvvəl bunu ağılınızın bir küncünə yazın: Yalnız səssizliyi pozmaq üçün danışmaq  kimsənin diqqətini çəkməz. Daha da pisi, əgər qarşınızdakı insana fürsət verməyəcək qədər çox danışsanız onu heç bir zaman tanımayacaqsınız. İlk günlərin gərginliyi keçdikdən sonra səssizlik qızıl dəyərində olacaq. Bəzən bir-birinizlə danışmadan səssizliyin dadını çıxara bilərsiniz.

6) Batan gəmini tərk edin

Bəzi əlaqələrin son istifadə etmək tarixi vardır və bəzi qadınlar o tarixi görməməzlikdən gəlib əlaqələrini düzəltməyə çalışırlar. Bir də kişilərə baxın. Qadınlar əlaqəni necə qurtaracaqlarını  düşündükləri vaxt, kişilər sürətli bir mənfəət-zərər hesabı edib, hadisə yerindən uzaqlaşırlar. Hadisəyə bir də bu baxımdan baxın: Çox bəyənərək bir paltar aldınız və onu şkafın bir küncündə unutdunuz. Uzun bir aradan sonra paltarı sınadığınızda, sizə aldığınız zamanki qədər yaraşmadığını görə bilərsiniz. Kişilərdə də bu vəziyyət eynidir. Vəziyyətin ümidsiz olduğunu gördükdə, kişinizə vida edə bilərsiniz.

7) Bəzi şeyləri ürəyinizdə saxlamayın

Bir şeyi sevib-sevmədiyinizi bir tək özünüz bilərsiniz. Bəlkə pişiyiniz və ya ən yaxın yoldaşınız hərəkətlərinizdən bir şey anlayar amma sevgilinizdən bunu gözləmək çox doğru deyil. Bunun asan olmadığını da qəbul edin.  Sevgilinizin  beyninizdən keçənləri avtomatik bir şəkildə qəbul edib, ona görə hərəkət etməsini gözləməyin. Həyatınızdakı kişiyə nə etməsi lazım olduğu və bunun nə zaman edilməsinin doğru olduğunu uyğun bir dillə izah edin. Beləcə sonsuza qədər xoşbəxt yaşayarsınız.

8) Seks müzakirə mövzusu olduğunda …

Qadınlar, sevgililərinin köhnə əlaqələrini  düşünərək fikirlərində bir sıra hesablar etməkdən özlərini saxlaya bilməz . Amma kişilər isə bu mövzuda elə rahatdır ki. O keçmişdə qalıb deyərək söhbəti bağlamaq kifayət edir onlara görə. Hətta qadınların keçmiş sevgilisi haqqında da o qədər düşünməzlər.  Odur ki siz də bunu müzakirə mövzusu edib əsblərinizi korlamayın.

9) Hədiyyə almaq  məcburiyyəti olmasın

Sevgililər Günü, doğum günləri, yeni il kimi günlər sevgilinizə hədiyyə almaq üçün üzərinizdə təzyiq quran zamanlardır. Siz o mağaza mənim, bu alış-veriş mərkəzi sənin  gəzib sevgilinizə  hədiyyə alarkən, o yoldaşlarıyla oyun  oynayır bəlkə də. Çünki onlar üçün belə günlər bəzən əhəmiyyətli olmaya bilər. Bəzi kişilər doğum günlərinin qeyd olunması və hətta xatırlanmasından  belə xoşlanmazlar. Sizin üçün xüsusi olan günlərdə heç olmazsa bir çiçək gözləsəniz belə, o gül heç bir zaman sizə gəlməyə bilər. Sevgiliniz sizi nə qədər sevirsə sevsin, bunu hədiyyə yolu ilə göstərmək istəməməsini normal qarşılanmalıdır. Siz ürəyiniz istədiyi kimi davam edin, amma eyni qarşılığı almayanda da küsməyin. Hər insanın eyni ola bilməyəcəyini unutmayın.

10) Hər şeyi müzakirə etmək məcburiyyətində deyilsiniz

Sizin üçün əhəmiyyətli olan bəzi mövzular, sevgiliniz üçün bir o qədər əhəmiyyətsiz ola bilər. O sizə reaksiya vermədikcə, siz  daha da əsəbləşəcəksiniz.. Məsələn birlikdə izlədiyiniz serialdakı bir xarakterin etdiyi bir şeyi sevgiliniz sizinlə uzun-uzadı müzakirə etmək  istəməyə bilər. Sizə bu mövzuda bir az sərt cavab verdiyində küsməməlisiniz. Məsələn ona “Sənə mesaj yazanda niyə dərhal cavab yazmırsan?” deyə acıqlananda onda həm sənə, həm də münasibətinizə qarçı bir soyuqluq yaranır. Enerjinizi əhəmiyyətli şeylərə saxlayın.   Sevgi  əslində idarə edilməsi asan bir şey. Niyə çətinləşdirək ki?

Buna da baxın

Dəb klassiki: Qara gecə geyimi

Whatsapp ilə Paylaş  Qara paltar – saatlarca seçim etməkdən qadınlarn canını qurtaran və həm də …