Əsas səhifə / Əsas menu / Gözəllik / Kişilərin sevdiyi dodaq boyası rəngləri
Bizi mobildən daha sürətli  izləyin

Kişilərin sevdiyi dodaq boyası rəngləri

Dodaq boyası qadınların əvəzedilməz kosmetik vasitəsidir. Bəs kişilər ən çox hansını bəyənir? Bir-birindən fərqli tonlarda olan dodaq boyaları kişilər üçün nə ifadə edir? Qadinklubu.com bu sualın cavabını təqdim edir.

qirm

QIRMIZI

Dodaq boyası dedikdə kişilərin ağlına gələn ilk rəng qırmızıdır. Çox diqqət çəkən bir rəng olsa da, xüsusi günlərdə sevdiyiniz şəxslə bir yerə getdiyinizdə istifadə edə bilərsiniz. Dodaq qələmi istifadə etsəniz və eyni zamanda boyanı fırçayla səliqəli şəkildə çəksəniz, daha incə görünüş əldə edərsiniz. Qırmızı rəng, diqqətləri üzərində cəmləmək istəyən qadınların rəngidir. Adətən özünə güvənən xanımların istifadə etdiyi bu rəng, kişiləri çox güclü şəkildə cəlb edir. Əgər siz də seçilmək istəyirsinizsə, qırmızı rəng sizin üçündür.

ben

BƏNÖVŞƏYİ

Böyük cəsarət tələb edən bu rəngi, kişilər bəzi qadınlara çox yaraşdırır. Onlar bu rəngin əsasən ağ dərili və qüsursuz dəriyə malik xanımlarda gözəl göründüyünü düşünürlər. Bu rəngi seçən qadınlar geyim seçiminə də xüsusi diqqət yetirməlidirlər.

nar

NARINCI

Cazibədar görünməsə də, bəzi kişilər dodaqda narıncı rəngin gözəl göründüyünü düşünürlər. Bu rəng dodaq boyası onları əyləncəyə, adrenalinə səsləyir.

rozv

ÇƏHRAYI

Kişilər çəhrayı dodaq boyasını çox sevirlər. Hesab edirlər ki, bu rəng qadınlara romantiklik qatır.

nude

NUDE (təbii)

Bəzi kişilər nude rəngi anlamsız hesab etsə də, bu rəngi bəyənənlər də var. Bu ton dodaq boyası, ağır göz makiyajını tamamlamaq üçün əla vasitədir!

 

 

 

Buna da baxın

Makiyajda yol verilən 10 səhv

Whatsapp ilə PaylaşHəddən artıq bağlayıcı istifadə etmək Bağlayıcı tonunu səhv seçmək və çox istifadə etmə, …