Əsas səhifə / Manşet / Kişiləri xoşbəxt edən sözlər
Bizi mobildən daha sürətli  izləyin

Kişiləri xoşbəxt edən sözlər

Kişiləri xoşbəxt edən sözlər 1
Əlaqələrdə tarazlığı saxlamaq və bir-birini xoşbəxt  etmək çox əhəmiyyətlidir. Sevdiyiniz adamın xoşbəxt olmasını təmin edərkən, əlaqənizi və ona olan duyğularınızı da açıqlamış, beləcə münasibətinizin uzun müddətli olması üçün də bəzi addımlar atmış olarsınız. Yoldaşınız xoşbəxtdirsə, siz də xoşbəxt olarsınız. Sevdiyiniz insanı ucaltmaqdan və ona gözəl sözlər söyləməkdən imtina etməyin. Təbii ki sevdiyiniz kişinin nə ilə xoşbəxt olduğunu bilmək o qədər də çətin deyil. Qadınklubu.com  kişiləri xoşbəxt edən bəzi sözləri diqqətinizə çatdırır.

  • Sənə inanıram.
  • İstədiyin  hər şeyi edə biləcək gücünün olduğunu bilirəm.
  • İş yoldaşlarının sənin kimi biriylə işlədikləri üçün  şanslı olduqlarını düşünürəm.
  • Sən qabiliyyətli, dəyərli və zəhmətkeş bir işçisən.
  • Hədəflərinə çatmağı bacarırsan və sənin bunu da bacaracaqına güvənirəm.
  • Məncə sən hər şeyi təmir edə bilərsən.
  • Səni çox cazibədar və yaraşıqlı hesab edirəm.
  • Kostyumda möhtəşəm görünürsən.
  • Qollarında olmaq mənə güvən verir.
  • Sabah oyandığında və saçın dağınıq olarkən belə çox cazibədar görünürsən.
  • Məncə çox yaxşı bir insansan.
  • Səninlə qürur duyuram.
  • Zərif və centlmen xüsusiyyətinə  heyranam.
  • Məni dinlədiyin üçün təşəkkür edirəm.
  • Səni uşaqlarla oynayarkən, bir şeyi təmir edərkən və ya yemək hazırlayanda görəndə, sənə bir daha aşiq oluram.
  • Sənin kimi biriylə birlikdə olduğum üçün çox şanslıyam.
  • Həyatın mənə ən böyük hədiyyəsisən.
  • Səndən əvvəl mən xoşbəxtliyi səhv anlamışam.
  • Sənə hörmət edirəm.
  • Sənin bağışlamaqı bacardığını   bilirəm və bu xüsusiyyətini yüksək qiymətləndirirəm.
  • Məni güldürdüyün üçün, həyatıma rəng qatdığın üçün  təşəkkür edirəm.
  • Sən mənim ən yaxşı  dostumsan.
  • Bir dəqiqə gələ bilərsənmi? Sənə yataq otağında göstərmək istədiyim bir şey var.
  • Haqlısan!
  • Sənin üçün dua edirəm.
  • Sənə toxunmağı və səninlə sevişməyi sevirəm.
  • Sənin üçün darıxmışam.

Səni sevirəm.