Əsas səhifə / Əsas menu / Evlilik / Kişilər hansı qadınları sevmir?
Bizi mobildən daha sürətli  izləyin

Kişilər hansı qadınları sevmir?

man and woman2

Kişilərin hansı qadınları sevmədiyini bilmirsiniz? Qadinklubu.com kişilərin hansı qadınları sevmədiyini təqdim edir.

Yemək bişirə bilməyən xanım

Kişilər üçün dadlı yemək bişirən və əl qabiliyəti olan qadın 1 addım öndədir.

Qısqanc xanımlar

Tez-tez sevgilinizi lazımsız yerə qısqanclıqlarla boğur və ona rahat nəfəs almağa imkan vermirsinizsə, o da təbii olaraq sizinlə yaşamağa qorxacaqdır.

Sevgilisinin xasiyyətini dəyişdirmək istəyən qadın

Onu əldə etdikdən sonra dəyişdirə biləcəyinizi düşünmək və onu dəyişdirməyə çalışmaq. Edə biləcəyiniz ən böyük səhvdir. Kimsə tam dəyişmir, birini sevirsinizsə olduğu kimi sevməli v onu dəyişdirməyə çalışmamalısınız.

Uşaq sevməyən qadın

Hər nə qədər bəziləri ata olmağa maraqlı deyilmiş kimi görünsələr də kişi evdə balaca birnin qaçıb-oynamasını istəyir. Əlbəttə ki, belə olduqda uşaq sevməyən qadınlar 1-0 geridədir.

Çox pul xərcləyən qadın

Hesabını bilən, qənaətcil, bir evi dolandıra bilən qadınlar evləniləcək qadın kateqoriyasına daha rahat daxil olur. Amma lazımlı-lazımsız hər şeyə pul xərcləyən qadınlar kişilərin seçimi deyil.

Çox həssas qadınlar

Hər sözə inanan, kirpikləri daima yaşlı bir insan hamıda gərginlik yaradır. Belə olduqda kişilərin evlənilməli qadın kateqoriyasına çox həssas qadınlar aid edilmir.

Atası ilə problemləri olan qadın

Bu cür problemləri olan qadınlar adətən özlərindən böyük kişilrlə evlənməyi seçirlər. Çünki ürəklərindəki o boşluğu doldurmağa çalışırlar. Bəlkə, əvvəllər yetkin kişilər gənc qadınları sevə bilərlər. Amma bir müddət sonra qarşısındakı qadının problemləri olduğunu bilər kişi onunla yaşamaq istəməyəcək.

Karyerasını çox sevən qadın

Karyeraya sahib, uğurları çox olan, özünə inamlı qadınların cəlb ediciliyi inkar edilmir. Amma kayeralarına önəm verib bütün planlarını işini inkişaf etdirməyə yönəldən qadınlar kişiləri qorxudur.

Müdür kimi qadın

Əvvəl müdürlük etdikdə qarşı cinsin xoşuna gələcək, amma daha sonra bu davranışınız onu narahat edəcək və müəllimlə vaxr keçirirmiş kimi hiss edəcək. Bu onu xoşbəxt etməyəcək və sizdən uzaqlaşacaq.

Pinti qadın

Xanımlar, unutmayın ki, kişilərin xəyalı təmiz bir evin içində təmiz qadındır.

Buna da baxın

Münasibəti ayrılığa aparan 9 səhv hərəkət

Whatsapp ilə Paylaş  Sevgi hər şeydən əvvəl, nəzakət, anlayış , hörmət və dəyərləndirmək kimi hisslərin …