Əsas səhifə / Manşet / Kişilər qadınlardan nə istəyir?
Bizi mobildən daha sürətli  izləyin

Kişilər qadınlardan nə istəyir?

qadinlar ve kisiler

Bəzən bilərək və ya bilməyərək etdiyiniz kiçik şeylər onun üzünü güldürməyə bəs edir.

Amma söhbət bilərək və ya bilməyərək, etdiyimiz sadə şeylər deyil. Bəs görəsən kişilər ən çox nə istəyir?

Qadınklubu.com “sizcə kişilər nə istəyir?” sualının cavabını təqdim edir.

Bəzənərkən sizi izləmək

Saç maşası və ya kirpikləri formaya salmaq onlara işgəncə aləti kimi görünsə də, siz bəzənərkən sizi izləmək onları ovsunlayır. Kişilərin əksəriyyəti: “Güzgünün önündə dəsmalla dayanıb makiyaj edən qadını seyr etmək gözəldir”, -deyə qeyd edir.

Bunun ən vacib hissəsi isə bizim gözəl görünmək üçün nələr etdiyimizi görməsidir. Bir də sizin özəlinizi görmək onlar üçün daha maraqlı olur. Harasa gedəcəyiniz vaxt və ya səhər hazırlaşarkən, hamamın qapısını açıq qoyun və islanmış xanımdan, ilahəyə çevrilmənizə tamaşa etməsinə icazə verin.

Yaraşıqlı bir kişi olduğunu sizdən eşitməyi

Gözəl görünmək sizi xoşbəxt edir, amma  oğlan dostunuz bunu ancaq sizdən eşidəndə hiss edə bilir. Ona xoş söz demək, xarici görünüşünün fərqində olmasını təmin edəcək. Bunun üçün qol əzələlərinə toxuna və ya gözlərinin gözəl olduğunu deyə bilərsiniz.

Səssizlikdən zövq alın

Səssiz olması həmişə kefsiz və ya kədərli olduğuna görə olmaya bilər. O anı yaşayın. Bu cür hallarda mübahisə edəcək heç nə yoxdur. Səssizliyi normal qəbul etsəniz, siz də rahat və xoşbəxt ola bilərsiniz.

Növbəti dəfə belə bir səssizliyə reaksiya verdikdə, biranlıq dayanın və başqa bir şey düşünün. Məsələn, serialın sonunda nələr olduğunu düşünün. İnanın ki, səssiz olmaq münasibətlərdə nə qədər rahat olduğunuzu göstərəcək.

Məsləhətlərini dinləyin

İşinizlə bağlı və ya ana-atanızla olan münasibətlərdə olan problemlərdən danışdığınız zaman dinləyən kişilər bir çox problemlərə çarə tapmağa çalışır. Buna görə də siz bir dərdinizi danışarkən, sizə məsləhətlər verər, onların tövsiyyələrini dinlədiyiniz vaxt güvəndiyinizi və dediklərinin sizin üçün vacib olduğunu görmək istəyərlər.

Buna da baxın

Kiçik gözləri daha böyük göstərən makiyaj

Whatsapp ilə Paylaş Makiyaj hər bir qadının əvəzedilməzidir. Makiyajla üz cizgilərini bir qədər daha qabardaraq …