Əsas səhifə / Əsas menu / Evlilik / Kişinin sizdən xoşlandığını büruzə verən 9 hərəkət
Bizi mobildən daha sürətli  izləyin

Kişinin sizdən xoşlandığını büruzə verən 9 hərəkət

Kişinin sizdən xoşlandığını büruzə verən 9 hərəkət

Kişilər çox vaxt sevgilərini etiraf etməyə çəkinirlər. Cəsarətli davranmaqları xeyli zaman alır. Bu müddət ərzində onun sizdən xoşlanıb-xoşlanmadığı haqqında qeyri-qəti fikirlər təbii, ki, qadınları rahat buraxmır. Amma narahat olmayın. Bunu anlamaq o qədər də çətin deyil. Əslində kişilər öz davranışları ilə hisslərini büruzə verirlər. Bunu anlamaq üçün qadınklubu.com-un sizlər üçün hazırladığı bir-iki məqamı müşahidə etməyiniz kifayət edəcək.

  1. Müntəzəm olaraq sizə baxaraq gülümsəyirsə, ilk addımı atmaq üçün əmin olmaq istədiyinin göstəricisidir.
  2. Sizi gördüyündə yanaqları qızarırsa, sizi bəyənir və eyni zamanda çox utancaq biridir. Etirafı biraz zaman tələb edəcək.
  3. Göz təması bu mövzularda əhəmiyyətli nöqtələrdəndir. Amma bir məqama diqqət edin. Sizinlə təsadüfən baxışları da toqquşa bilər. Ona görə əgər sizinlə göz təmasını normaldan bir az çox davam
    edir və dodaqaltı gülümsəyirsə, əmin ola bilərsiniz. O, sizə aşiqdir.
  4. Çox vaxt xoşlandığımız şəxsin hərəkətlərini istər-istəməz təqlid edirik. Etdiyi əl hərəkətlərini təkrarlayır, sizin danışıq tonunuza uyğun səslə danışır, eyni zamanda gülümsəyirsə, sizdən xoşlanır deməkdir.
  5. Ən dəqiq ipuclarından başlıcası toxunmaqdır. Əgər mütəmadi olaraq sizə toxunmağa çalışırsa, sizinlə maraqlanır deməkdir. Danışarkən qolunuzu tutur, yanınızdan keçəndə sizə təsadüfən toqquşmuş kimi davranırsa, əmin olun siz onun diqqətindəsiniz.
  6. Danışanda və ya adi vaxtlarda başını sizə tərəf yönəldirsə, sizin danışdıqlarınız ona çox maraqlıdır.
  7. Çox vaxt baxışlarımız bizi ələ verir. Nədənsə xoşlansaq göz bəbəklərimiz böyüyür, xoşlanmadıqda isə tam əksinə. Gözlərinə diqqətlə baxın, əgər göz bəbəkləri böyüyürsə sizi bəyənir.
  8. Sizi dinləyərkən qaşlarını qaldırır və gözlərini daha böyük açırsa, sizinlə maraqlanır deməkdir.
  9. Barmaq oynatmaq gözlənti və şübhəni ifadə edir. Sizinlə danışanda barmaqları ilə oynayırsa, etiraf etməyə məqam axtarır deməkdir.

Buna da baxın

Kişilər hansı qadınları sevmir?

Whatsapp ilə Paylaş Kişilərin hansı qadınları sevmədiyini bilmirsiniz? Qadinklubu.com kişilərin hansı qadınları sevmədiyini təqdim edir. …