Əsas səhifə / Manşet / Kivi salatı
Bizi mobildən daha sürətli  izləyin

Kivi salatı

QSALATI

Kivi salatı

Lazım olan ərzaqlar:
500 qr toyuq əti ,
3 ədəd yumurta,
3  ədəd kivi,
1 ədəd yaşıl alma,
200-300 qr  kök ,
1 diş sarımsaq,
mayonez.

Hazırlanma qaydası:

Əvvəlcə toyuq ətinə bir az duz əlavə edilib qaynadılır. Yerkökü və yumurta ayrıca qabda qaynadılır.  Alma, yerkökü və yumurta sürtgəcdən keçirilir.

Bütün ərzaqlar aşağıda göstərilən qaydada qat-qat yığılır

1-ci doğranmış toyuq əti,
2-ci sarımsaq mayonez ilə,
3-cü  kivi,
4-cü sürtgəcdən keçirilmiş yumurta ağı
5-ci sürtgəcdən keçirilmiş kökün yarısı,
6-cı – sürtgəcdən keçirilmiş alma,
7-ci sürtgəcdən keçirilmiş yumurta ağı
8-ci salatın üstünə yerdə qalan kökü qat-qat yığın və mayonezləyin.

Bütün ərzaqlar qat-qat yığıldıqdan sonra salatın üzərinə zövqünüzə uyğun kivi düzərək bəzəyin. Mən şəkildəki kimi bəzədim. Hazırladıqdan sonra müəyyən müddət soyuducuda saxlamağınız məsləhətdir.

Nuş olsun!

Buna da baxın

Makaron salatı

Whatsapp ilə Paylaş Tərkibi: 250 qr makaron (istənilən növ) 2-3 xörək qaşığı mayonez 2 yerkökü 2 …