Bizi mobildən daha sürətli  izləyin

Kofeli karamel desserti

Karamel üçün:

  • 2 x/qaşığı su
  • 6 x/qaşığı şəkər tozu

Krem üçün:

  • 6 x/qaşığı şəkər tozu
  • 250 ml süd
  • 250 ml qaymaq 30-35%-li
  • 1 paket vanil
  • 1 ç/qaşığı kofe
  • 2 yumurta+3 yumurta sarısı

Hazırlanması:

Tavanı ocağa (təxmini 160 dərəcə) qoyaraq şəkər tozu və su əlavə edib əriməsini gözləyin. Əriməyə başladığında qarışdırmağa başlayın. Karameli isti halda qəlibə tökün.

Qazana süd, qaymaq, şəkər tozu, vanil və kofeni əlavə edib qaynayana qədər qarışdıraraq bişiririk. Yumurta sarısını çırpın. Bir qədər qaymaqlı qarışıma az-az yumurtaları əlavə edərək qarışdırırıq (yumurtaların bişməməsi üçün). Daha sonra yumurtanı qazana əlavə edərək qarışdırırıq. Hazır olan qarışımı süzgəcdən keçirərək qəliblərə doldururuq. Qəlibləri qoyduğumuz sinini qaynar su ilə doldururuq. Qəliblərin üzərini falqa ilə örtərək, əvvəlcədən isidilmiş 160 dərəcəlik sobada, 40-45 dəqiqə bişiririk. Çubuqla yoxlayaraq bişdiyindən əmin olduqdan sonra soyuducuda bir neçə saat saxlayırıq. Daha sonra servis qabına qəlibi çevirərək desserti servis edə bilərsiniz.

Nuş olsun!