Əsas səhifə / Manşet / Kofeli tort
Bizi mobildən daha sürətli  izləyin

Kofeli tort

kofeli tort6Tərkibi:

  • 1.75 st un
  • 2 st şəkər tozu
  • 0.75 qr kakao
  • 2 ç/qaşığı (tam dolu olmasın) soda
  • 2 ç/qaşığı qabartma tozu
  • 1 çimdik  duz
  • 1 st süd
  • 3 x/qaşığı limon suyu
  • 0.5 st duru yağ
  • 2 yumurta
  • 1 st tünd kofe

Krem üçün:

  • 5 yumurta ağı
  • 450 qr şəkər tozu
  • 400 qr yumşaldılmış kərə yağı
  • 70 qr şokolad (bəzəmək üçün)

Hazırlanması:

Unu sodanı, duzu, kakaonu və qabartma tozunuə qarışdırın. Südlə limon suyunu qarışdırın. Yumurtaları şəkər tozu ilə çırpın, südü və duru yağı əlavə edin. Daha sonra unu əlavə edin. Son olaraq isti kofeni  əlavə edərək yağlı kağız sərilmiş siniyə  tökün. Əvvəlcədən 190 dərəcə isidilmiş sobada 40-50  dəqiqə bişirin. Hazır olduqdan soyudun. Soyudulmuş biskviti 4 yerə bölün.

Kremin hazırlanması:

Yumurta ağlarını çırpın. Daha sonra şəkər tozunu əlavə edərək beze olana kimi çırpın. Daha sonra otaq temperaturunda  yumşadılmış  yağı əlavə edərək qarışdırın.

Biskvitlərin arasına krem çəkin. Üzərini zövqününüzə görə şokoladla bəzəyin.  Bir neçə saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.

 Nuş olsun!

 

Buna da baxın

Evdə edə biləcəyiniz dəri ağardan krem

Whatsapp ilə Paylaş Qadınklubu.com dəri tonunuzu dəyişdirməkdə sizlər üçün evdə hazırlayacağınız dəri ağardıcı kremi təqdim …