Əsas səhifə / Əsas menu / Qadın psixologiyası / Köhnə sevgilinizi hələ də sevirsiniz?
Bizi mobildən daha sürətli  izləyin

Köhnə sevgilinizi hələ də sevirsiniz?

angry couple sitting on sofa
angry couple sitting on sofa

Köhnə sevgilinizi hələ də sevirsiniz?

Əgər köhnə sevgilinizi hələ də sevirsinizsə onu geri qazanmaq üçün bu yollardan istifadə edin:

Baxımlı olun

İlk növbədə özünüzə əvvəlkindən daha çox diqqət göstərin. Köhnə sevgiliniz sizi gördüyü zaman necə gözəlləşdiyinizi görüb, nələr itirdiyini fərq etməlidir.

Bağışlamağı öyrənin

Onu geri qazanmaq istəyirsinizsə bağışlamağı bacarın. Bir-birinizi bağışlamadığınız halda yenidən sevgili ola bilmərsiniz. Onu bağışladığınızı ona bildirin.

Yeni bir sevgili tapmayın

“Onu qısqandırsam mənə geri dönər” deyə düşünməyin.  Dönməz. Ya da dönər ancaq çox uzun müddət qalmaz. Onun yerinə daha təsirli bir qısqandırma taktlkası düşünün.  Ətrafınızda onun tanımadığı  kişi dostlarınız olsun. Bu yeni kişi yoldaşlarınızla fotoşəkillər paylaşmayın. Təbii yollardan yeni dostlarınızın olduğunu görməsini təmin edin.

Dəyişin

Münasibətinizin niyə bitdiyini ve ayrılığınıza səbəb olan amilləri düşünün. Öz səhvlərinizi görün. Həmin səhvlərinizi düzəltməyə çalışın. Bir sözlə dəyişin.

Əlaqə saxlayın

Hələ söhbət etməyə başlamamısınzsa ilk addımı atmağın vaxtıdır. Görüş zamanı ona dəyişdiyinizi göstərin. Əlbəttə burada makiyaj qutusuna düşməyi nəzərdə tutmuruq. “Dəyişin” deyərkən həm fiziki həm də ruhi dəyişmədən bəhs edirik. Daha əvvəl etmədiyiniz tərzdə makiyaj edin, yeni tərz paltarlar geyinin və danışığınızla ona dəyişdiyinizi göstərin. Görüşü mümkünsə çox uzatmayın və əsla gecəni birlikdə keçirtməyin.

 

Buna da baxın

Sevginin insan vücuduna təsiri

Whatsapp ilə Paylaş Beyninizdə yeni fəaliyyətlər başlayır “Sexual Medicine” jurnalında aparılan araşdırmaya görə, ilk görüşdə …