Əsas səhifə / Əsas menu / Sağlamlıq / Kök suyu hər dərdə dəvadır
Bizi mobildən daha sürətli  izləyin

Kök suyu hər dərdə dəvadır

1392486574_86222153_snap_20120419_23h52m39s_011_

Şəkərli və dadı, möhtəşəm rəngiylə kök hər kəsin sevdiyi bir qidadır. Tərkibində olan vitamin və minerallarla də qida zəncirində əhəmiyyətli bir yer tutan kökün suyunu sıxaraq da istehlak edə bilərsiniz.

Hər dərdə dəva kök suyunun faydaları bunlardır:

  • Qan itkisində və ya qansızlıqda kök faydalı bir qidadır.

  • Mədə və bağırsaq qanaxmalarında çox faydalıdır.

  • Kök, A vitamini və bol mineralı ilə qaraciyərin öz özünü təmir etməsini təmin qüvvətləndirər. Xüsusilə ənginar ilə birlikdə yeyilərsə, qaraciyərdən irəli gələn sarılığı aradan qaldırar.

  • Öd miqdarı və axışını artırar.

  • Bağırsaqları müalicə edər. Yara və iltihaplarının yaxşılaşmasına kömək edər.

  • Xüsusilə kiçik uşaqlarda tez-tez görülən xəstəliklər də faydalıdır.

  • Sümük inkişafı yavaş, yavaş dişləri çox çürüyən cılız uşaqlara və ruhi yorğunluq içində olanlara faydalıdır.

  • Qanı təmizləyər.

  • Bədəndəki lazımsız maddələıri, duzlarıi sidiklə çölə ataraq romatizma, damar kirəcləşməsi, qum və daş problemlərinə qarşı olduqca təsirlidir.

  • Bol A vitamini ilə gözlərin görmə qabiliyyətini artırır.

  • Hər cür hüceyrələrin işini və yenilənməsini təmin edir.

  • Dəriyə təmizlik və təravət verir.

  • Qocalmanın qarşısını alır.//azadqadin.az

Buna da baxın

Xoruldamağın səbəbləri

Whatsapp ilə PaylaşQulaq Burun Boğaz Mütəxəssisi Türkiyəli həkim  Mətin Erdinç, insanların yarısından çoxunun bəzən, dörddə birinin …