Əsas səhifə / Manşet / Kök turşusunun hazırlanma qaydası
Bizi mobildən daha sürətli  izləyin

Kök turşusunun hazırlanma qaydası

k
Qış fəslinin ləziz turşularından biri də kökdür.

Çox vaxt xanımlar kökü çuğundur, kələm kimi digər tərəvəzlərlə birlikdə duzlayırlar. Bu dəfə də qadınklubu.com-un təklif etdiyi qaydaya əsasən tək kök turşusu hazırlamağı sınayın. Sizin və ailəniz razı qalacağından əmin olun.

Tərkibi:

  • 1 lt-lik şüşə qab
  • 15-20 ədəd kiçik kök
  • 5-6 diş sarımsaq
  • 5-6 ədəd noxud
  • Yarım çay stəkanı alma sirkəsi (Standart stəkan)
  • 2 yemək qaşığı qaya duzu
  • 1 yemək qaşığı limon duzu
  • cəfəri
  • şüyüd

Hazırlanması:

  1. Kökləri yuyun və tərəvəz soyanla soyun. Sarımsaqların qabıqlarını çıxarın və iki hissəyə bölün.
  2. Turşu hazırlayacağınız qaba 3 barmaq əskiyi ilə su qoyun və bu suyu rahat qarışdıra biləcəyiniz qaba tökün.
  3. Suyun içinə sirkə, duz və limon duzunu qoyaraq qarışdırın və duzları əridin.
  4. Qabın dibinə 1-2 diş sarımsaq və noxud qoyub, kökləri horizontal formada yerləşdirin.
  5. Qalan sarımsaq və noxudlarıda aralarına səpin.
  6. Hazırladığınız suyu turşuların üzərini bağlayacaq qədər tökün.
  7. Ən üstü cəfəri və şüyüd ilə örtün.
  8. Qabın ağzını möhkəmcə bağlayın. 15 gün gözlədin.
  9. Turşunu sərin yerdə mühafizə edin.

Nuş olsun.

Buna da baxın

Qarışıq kələm turşusu

Whatsapp ilə PaylaşQarışıq kələm turşusu Tərkibi: -1 baş kələm -1 kilo turşuluq xiyar -1 kilo …