Əsas səhifə / Manşet / Kökün faydaları
Bizi mobildən daha sürətli  izləyin

Kökün faydaları

 Kökün faydaları
Kökün faydaları arasında ilk sırada güclü bir antioksidan olan beta karoten baxımından zəngin olması gəlir. Beta karoten; dəri, saç və dırnaqların qorunmasında ürək xəstəlikləri riskinin azaldılmasına qədər bir çox nöqtədə əhəmiyyətli olan bir komponentidir. Qida lifi baxımından zəngin  tərəvəz olan kök, həzm sistemində faydalı olaraq, qəbizlik kimi həzmlə əlaqədar narahatlıqların qarşısının alınmasında kömək olur.Pəhriz saxlayırsınızsa az kalori ehtiva edən və toxluq hissini artıran  kökü sağlam bir qəlyanaltı olaraq seçim edə bilərsiniz.
Araşdırmalara görə, A vitamini ilə zəngin olan  kök, cinsi gücü də artırır. Sperma keyfiyyətini artıraraq, sonsuzluq problemi yaşayan kişilər üçün xeyirlidir. Bu möcüzə tərəvəz, eyni zamanda qadın və kişilərdə cinsi istəyi artırır.

Kökün digər faydaları

– Bağırsaqları işlədərək həzmə köməkçi olur.
– Qəbizliyi aradan qaldıra.
– Xərçəngə qarşı qoruyucudur.
– Qandakı xolesterol nisbətini salar.
– Bədəndəki zərərli maddələri uzaqlaşdırmağa köməkçi olaraq qanı təmizləyər.
– Dəriyə təzəlik və canlılıq verir.
– Göz sağlamlığını qoruyur.
– Romatizm  xəstəliyinə qarşı faydalıdır.
– Diş ətlərini gücləndirir.
– Pəhrizdə və kilo qorumada təsirlidir. 1-2 dənə kiçik kök toxluq hissi yaradır.