Əsas səhifə / Manşet / Kolbasa və kartofla küpədə raqu – FOTO
Bizi mobildən daha sürətli  izləyin

Kolbasa və kartofla küpədə raqu – FOTO

Qadinklubu.com kolbasa, kartof və göbələklə küpədə dadlı xörəyin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi (4 küpə üçün):

1 kq kartof

6 kolbasa

2 baş soğan

200 q şampinyon

1 st. xama

700 ml bulyon

1 ç.q. şirin paprika

bitki yağı (qızartmaq üçün)

duz

dənəvər istiot

göyərti

dəfnə yarpağı

Hazırlanması:

Kartofu təmizləyib orta boy kubik doğrayın. Bitki yağında azacıq qovurun.

Soğanı xırda doğrayıb göbələklə birlikdə qovurun.

Kolbasanı fal-fal doğrayın.

Küəpələrə lay-lay düzün: göbələklə soğan + ovçu kolbasası + kartof. Xamanı bulyonla qarışdırıb duz, istiot qatın, küpələrə tökün. Sevirsinizsə, hər küpəyə 1 dəfnə yarpağı da qoya bilərsiniz.

Soyuq sobaya qoyub temperaturu 150 dərəcəyə ayarlayın. 1 saat bişirin.

Süfrəyə verərkən üzərinə doğranmış göyərti səpin.//milli.az

Nuş olsun!

 

Buna da baxın

Lavaşda toyuq salatı

Whatsapp ilə Paylaş Tərkibi: Toyuq filesi – 200 qr Qara gavalı – 150 qr Qoz …