Əsas səhifə / Manşet / Köpdən xilas olmanın yolları
Bizi mobildən daha sürətli  izləyin

Köpdən xilas olmanın yolları

k

Bağırsaqda havanın olması normal fizioloji haldır. Bu bağırsağın tonusda olması və bağırsağın peristaltikası (bağırsağın hərəkətliliyi) üçün lazımdır.

Lakin bəzən bağırsaqlarda yığılan hava insanı çox narahat edir – qarın ağrılarına, ağırlığa, qarının köpməsinə səbəb olur. Əgər bu hal tez-tez təkrarlanırsa, qastroenteroloqa müraciət edib lazım olan müayinələrdən keçin. Məsələ burasındadır ki, tez-tez təkrarlanan qarın köpü ciddi həzm sistemi xəstəliklərinin və pozulmaların (xroniki kolit, pankreatit, bağırsaq keçilməzliyi, xərçəng və s.) simptomu ola bilər.

Həmçinin tez-tez təkrarlanan köp bağırsaq disbakteriozun, helmintozların (qurd xəstəlikləri) əlaməti ola bilər.

Qadınlarda menstruasiyadan əvvəl və hamiləlik zamanı köp ola bilər. Bunun səbəbi qadın orqanizmində gedən hormonal dəyişikliklərdir.

Əgər sizdə heç bir ciddi pozulma yoxdursa, lakin buna baxmayaraq köp sizi narahat edirsə, bu kimi məsləhətlərdən istifadə edin:

– Əksər hallarda köpün səbəbi qidanın həddən artıq miqdarda qəbulu olur. Bu səbəbdən daha tez-tez və kiçik miqdarlarla qida qəbul edin (gündə 5 dəfə). Bu sadə qayda həzm sisteminin sağlamlığı üçün olduqca vacibdir. Həddən artıq qida qəbulu (xüsusilə bu hal daim təkrarlanırsa) bütün həzm sistemini yükləyir ki, bu həzm sistemində müxtəlif pozulmaların inkişafına təkan verir.

– Bəzi qidaların qəbulu bir çox insanlarda köpə səbəb olur. Bu qidaların arasında: çox yağlı, qızardılmış qidalar, şirniyyatlar, qara çörək, noxud, mərci, lobya, turp, kələm, göbələk, qara qavali, süd, mayalı xəmirdən hazırlanmış un məmulatları, qazlı içkilər. Qidalanmanızda bu məhsulları məhdudlaşdırın.

– Oturaq həyat tərzi köpün əmələ gəlməsinə təkan verir. Bu zaman həzm prosesləri pozulur, ləngiyir və nəticədə müxtəlif pozulmalar (köp, qəbizlik və s.) inkişaf edir. Köp problemini həll etmək istəyirsinizsə, aktiv olun, idman və bədən tərbiyyəsi ilə məşğul olun, açlq havada gəzin və s.

– Əgər insan qida qəbul etdikdə, tələsir, qidanı pis çeynəyir və iri tikələri udursa, bu qarın köpünə səbəb olur. Həkimlər hər tikəni asta-asta 20 dəfə çeynəməyi tövsiyə edir. Bu bütün həzm sisteminin sağlamlığı üçün vacibdir. Belə ki, pis çeynənmiş qida mədəni lazım olandan artıq yükləyir ki, nəticədə bu orqanda pozulmalar yarana bilər.

Digər tərəfdən qidanı yavaş-yavaş çeynəyən insanlar adətən artıq çəkidən əziyyət çəkmir.

– Bəzi xalq təbabəti üsulları köplə mübarizədə çox yaxşı effekt verir:

1. 1 stəkan qaynar suda 1 çay qaşığı çobanyastığı və 1 çay qaşığı nanə 20 dəqiqə ərzində dəmləyin və yarım stəkan olmaqla gün ərzində 2 dəfə çay kimi için.

2. Şüyüd toxumu köp zamanı çox yaxşı kömək edir. 1 çay qaşığı şüyüd toxumu 1 fincan qaynar suda dəmləyin, süzün və çay kimi qəbul edin.

3. 2 çay qaşığı quru nanə, 2 çay qaşığı pişikotu kökü, 1 çay qaşığı razyana toxumu qarışdırın. Bu qarışıqdan 1 çay qaşığı götürüb fincanda 20 dəqiqə ərzində dəmləyin, süzün və qəbul edin.

4. 2 çay qaşığı cirə toxumu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin və 1/3 stəkan olmaqla gündə 3 dəfə qəbul edin.

5. Təzə zəncəfil kökü sürtgəcdən keçirilir, 1 çay qaşığı götürülür və 1 fincan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir. Dəmləməyə 1 çay qaşığı bal əlavə edib çay kimi qəbul edin.//vib.az

Buna da baxın

Hamilələrin 5 şikayətinə çarə

Whatsapp ilə Paylaş Xanımlar hamiləlik zamanı bədəndə yaranan fizioloji, hormonal dəyişikliklər səbəbindən bir sıra problemlər …