Əsas səhifə / Əsas menu / Ana və uşaq / Körpə üçün ev yeməyinin hazırlanma qaydası
Bizi mobildən daha sürətli  izləyin

Körpə üçün ev yeməyinin hazırlanma qaydası

h

Özünüz körpə yeməyini hazırlayın

Körpə yeməyi hazırlamağa başlamazdan əvvəl, həmişə əllərinizi qaynar su və sabunla yuyun və onları təmiz dəsmalla qurulayın. Həmçinin, körpə üçün yeməyin bişirmə ləvazimatlarının və körpə kasasının, çəngəl və qaşığının, şüşələrinin və stəkanlarının mümkün qədər təmiz olmasını təmin edin. Bütün yedizdirmə ləvazimatları da sterilləşdirilmiş olmalıdır.

Körpə yeməyinin hazırlanması üçün ingredientlərin alınması və hazırlanması:

Meyvə və tərəvəzlər – tapa biləcəyiniz ən təzə məhsulları seçin. Lazım olduğu qaydada yuyun və qabığını soyun və körpələrə boğulma təhlükəsi yaradan hər hansı tumlarını çıxarın. Sonra bişirməzdən əvvəl kiçik ölçülü hissələrə doğrayın.

Ət – mal ətinin, quzu ətinin və quş ətinin yumşaq hissələrini seçin. Bişirməzdən əvvəl hər hansı bir yağı təmizləyin və bişirildirkdən sonra təhlükəli ola biləcək hər hansı bir sümüyü və ya qığırdağı çıxarın.

Balıq əti – mümkün olduğu qədər təzə balıqları seçin və balıqçıdan dərisini, qanadlarını və sümüklərini təmizləməyi xahiş edin ki, körpəniz üçün təhlükəsiz olsun. Bişirildikdən sonra, qala biləcək hər hansı bir sümük və ya dəri parçalarını yoxlayın.

Körpə üçün yemək bişirmə

Körpə üçün püre yeməyi – Əlavə qidaya keçidin ilk mərhələsində, körpənizin yeməyi hamar püre şəklində qarışdırılmalıdır. Körpəniz böyüdükcə, siz tədricən daha çox çətin həzm olunan formalar verə bilərsiniz. Əgər sizin blenderiniz yoxdursa, düzgün formanı almaq üçün kartof əzən və ya çəngəldən istifadə edin. Körpənizin yeməyinə hər hansı şəkər və ya duz əlavə etməməlisiniz. Bir çox qidalarda təbii səviyyədə duz var və meyvələr özü təbii şəkərdir.

Meyvə və tərəvəzlər – Buxarda bişirməyə, qaynatmağa və ya mikrodalğalı sobada isitməyə çalışın. Buxarlandırma ən yaxşı üsuldur, çünki o bütün qidalandırıcı maddələri saxlayır. Siz, həmçinin, alma və armud kimi meyvələri sobada bişirə bilərsiniz.

Ət və balıq – Bunlar buxarda bişirilə, qrildə qızardıla, qovrula və ya mikrodalğalı sobada bişirilə bilərlər. Hər zaman ətin tam bişdiyindən əmin olun. Balıq möhkəm və laylı olmalıdır. Körpələr üçün balığı bişirməyin ən yaxşı üsulu onu folqada bişirməkdir, çünki o balığı yumşaq və rahat çeynəmək üçün yumşaq edir.

Körpənizin yeməyi bişdikdən sonra, onu körpəyə verməzdən əvvəl normal uyğun tempratura qədər soyudun, çünki körpəyə heç vaxt isti yemək verilməməlidir. Bəzi dadlı körpə yeməyi reseptləri üçün bizim körpə yeməkləri bölməmizə baxın.

Körpə yeməyinin dondurulması

Vaxt və enerji qənaəti üçün, böyük püre porsiyaları bişirin və onları sonra istifadə etmək üçün dondurun. Körpənin yeməyini kiçik hissələrlə dondurmaq üçün buz kubları qabından istifadə edin, sonra hazırlanma vaxtı ilə etiketlənmiş plastik qablara qoyaraq soyuducunun buzxanasında saxlayın. Onlar 8 həftəyə kimi saxlanıla bilərlər. Körpənin yeməyini heç vaxt yenidən dondurmayın və əridilmiş yeməyi 24 saatdan sonra istifadə etməyin. /nutriciaclub.az