Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Körpələr üçün dadlı püre
Bizi mobildən daha sürətli  izləyin

Körpələr üçün dadlı püre

d

Çox vaxt gənc analar körpəyə nə yedirəcəklərini bilmirlər.

Halbuki körpə ana südü ilə yanaşı digər qidalara da yavaş-yavaş öyrəşməlidir.

8 ayı keçmiş körpələr üçün dadlı və faydalı püre resepti:

Tərkibi:

1 ədəd kiçik çuğundur

1 ədəd kiçik alma

3 xörək qaşığı suda bişmiş kinoa

1 şorba qaşığı ev şəraitində hazırlanmış qatıq

Hazırlanması:

Çuğunudur və almanı soyun. Almanın çəyirdəklərini çıxarın. Həm çuğunduru, həm də almanı kvadrat formasında, xırda-xırda doğrayın. Çuğundurla alma yumşalana kimi buxarda bişirin. Püre halına salın. Üzərinə kinoa və qatıq əlavə edib qarışdırın.

Körpənizə nuş olsun!

Buna da baxın

Körpə nəcisə gedə bilmirsə – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Çağa və körpə uşaqların narahatlığına əsas səbəblərdən biri 2-6 ay arası qeyri-mütəmadi …