Əsas səhifə / Əsas menu / Ana və uşaq / Körpələrdə qaz sancısının qarşısının alınması
Bizi mobildən daha sürətli  izləyin

Körpələrdə qaz sancısının qarşısının alınması

j

Qaz sancısı 2-3 həftə ilə 3 ay arasındakı körpələrdə müşahidə olunur. Bu körpənin həftədə 3 gündən çox və günün eyni saatlarında ən az 3 saat davam edən ağlaması ilə müəyyən edilir.

Ancaq bir nüansı yadda saxlamaq lazımdır ki, körpənin hər ağlamasının səbəbi də qaz sancısı deyil.

Qaz sancısı yüksək səslə həddindən artıq ağlamaq ilə yanaşı, eyni zamanda körpədə ayaqlarını qarına çəkmə, gərinmə, qarın şişkinliyinin artması, bağırsaq səslərinin eşidilməsi, qusma, qəbizlik və ya tez-tez qarın boşalması ilə müəyyən edilir.

Körpədə qazın yaranma səbəbləri nələrdir?

Həzm sistemi ilə əlaqədar: Körpələrdə bağırsaq hərəkətinin artması zamanı anormal bağırsaq hərəkətləri nəticəsində ağrı meydana gəlir. Bu körpələrin qanında motilin adlı maddə normadan yüksək olur. Motilin mədə boşalmasını sürətləndirən və bağırsaq hərəkətini artıran bir maddədir. Ananın bəslənməsi də körpənin həzm sistemi hərəkətlərinə təsir edən əhəmiyyətli faktorlardan biridir.

İnteraksiyonel hipotez: Anada olan narahatlıq, ana-körpə arasındakı əlaqəni poza bildiyi kimi, eyni zamanda körpədə həddindən artıq ağlamağa, uyğunlaşmasız bir əlaqənin inkişafına da yol aça bilər. Ailədə evlilik ilə əlaqədar mübahisələr, ananın körpəyə vaxt ayıra bilməməsi, körpəylə maraqlanmaması vəziyyəti risk altına alır.

Qaz sancısı çəkən körpə necə sakitləşdirilir?

– Bu zaman hər istədiyində körpənin özünü etibarda hiss etməsi üçün əmizdirmək lazımdır.

– Qucaqda yüngül rəqs hərəkəti etdirmək və ya yelləmək, oxşamaq və toxunma hərəkətləri körpəni rahatlaşdırır.

– Üzü yerə baxacaq şəkildə qol üzərinə yatırtmaq körpəni rahatlaşdıra bilər.

– Qaz aradan qaldırmaq üçün istifadə edilən dərmanlar çox vaxt təsirli olmaya bilər. Ona görə də çox dərmanlardan istifadə olunmamalıdır.

– Ağlama saatlarına yaxın vanna və masaj körpəni sakitləşdirə bilər.

– Körpələrin ətrafındakı səslərin azaldılması və sakit mühitdə olması, ana və ata qucağında olması onları rahat edir.

Körpələrdə qaz meydana gəlməməsi üçün nələr edilə bilər?

Körpənin təkcə ana südü ilə bəslənməsi vacibdir. Ancaq tək ana südü ilə qidalanan körpələrdə də bu hal görülür. Buna görə də ananın öz qidalanmasına diqqət etməsi, qaz yaradıcı qidalardan uzaq dayanması çox əhəmiyyətlidir.

Ananın içdiyi inək südündə olan alfa laktalbuminin körpəyə keçməsi ilə körpədə allergiya yarada bilər. Bundan başqa soya, qəhvə, qoz-fındıq, fıstıq, şokolad, qabıqlı dəniz məhsulları, brokoli kimi qidalar və ədviyyatlı yeməklər də bənzər təsirə səbəb ola bilər.

Körpələrdə qazın yaranmaması üçün düzgün əmzik seçimi də vacibdir:

Dr.Brown’s butulkaları qidalanma zamanı hava udulmasının və vakuum yaranmasının qarşısını almaqla, körpələrdə sancı, qaytarma, köp kimi problemlərin yaranması və orta qulaq boşluğuna maye düşməsi ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Südün hava ilə təmas etməsinin qarşısını alaraq C, A və E vitamin itkisinin qarşısını alır. Körpənin normal həzminə yardım etməklə, sağlam inkişafında köməkçi rol oynayır.

Dr.Brown’s-un məqsədi körpələrin sağlam inkişafını, anaların rahatlığını təmin edən və ana südündə qida maddələrini və vitaminləri qoruyub saxlayan innovativ məhsullar yaratmaqdır.

Qeyd: Körpəsi olan anaların vacib bilməli olduğu bir məqam var. Körpələrdə bu hal 3 və ya ən gec 4 aylıqda aradan qalxır. İnfantilkolikin (qaz sancısı) tez yaranmasına və ana-atanı ciddi olaraq narahat etməsinə baxmayaraq, bunun öz-özünə yaxşılaşması da mümkündür.

Buna da baxın

Süni qidalar haqqında bilmədiklərimiz – Müsahibə

Whatsapp ilə Paylaş “Süni uşaq qidaları genetik dəyişdirilmiş heyvanların məhsullarıdır”. Bunu Azərbaycan Tibb Universitetinin (ATU) …