Əsas səhifə / Əsas menu / Ana və uşaq / Körpələrin qarışıq qidaya alışdırılması
Bizi mobildən daha sürətli  izləyin

Körpələrin qarışıq qidaya alışdırılması

f

Körpələrin qarışıq qidaya alışdırılması tədricən olmalıdır.

Qadınklubu.com-un məlumatına görə, ana südünə öyrəşən körpələr digər qidalara çətinliklə alışırlar. Yeni qidaların dadına öyrəşməyən uşaqlarda sonralar qidalanma ilə problemlər yaşanır. Belə ki, onlar müxtəlif bəhanələr gətirərək yeməkdən imtina edir, yalnız bir-neçə qida növü ilə kifayətlənirlər. Nəticədə uşaqlarda vitamin çatışmazlığından əmələ gələn xəstəliklər yaranır.

Qarışıq qidalanmaya 3-cü aydan başlamaq olar.

III ay: Döş südü (130 qr), alma püresi, şirələr.

IV ay: Döş südü (140 qr), şirələr, meyvə – tərəvəz püresi, yumurta sarısı (1/8, 1/6, ¼), kəsmik süzmə.

V ay: Döş südündən əvvəl əlavə yemək (1-2 çay qaşığı), döş südü (150 qr), tərəvəz püresi, şirələr, meyvə – tərəvəz püresi, yumurta sarısı (1/8, 1/6, ¼), kəsmik süzmə, 5 %-li manna sıyığı.

VI ay: Döş südü, əvvəlki aydakılar və qatıq.

VII ay: Döş südü, əvvəlki aydakılar, sıyıqlar, ət suyu, çörək.

VII ay yarım: Döş südü, əvvəlki aydakılar, çəkilmiş ət.

VIII ay: Menyuya suxarı, çörək, kərə yağı, küftəciklər əlavə edilir.

IX ay: Menyuya quru peçenyelər əlavə etmək olar.

X ay: Menyuya şorbalar əlavə edilir.

XI ay: Menyuya qazan kotleti əlavə edilir.

XII aydan başlayaraq digər qidaları da az- az əlavə etmək olar.

Buna da baxın

Valideynlərə xəbərdarlıq!

Whatsapp ilə Paylaş Valideynlərə xəbərdarlıq! Bir çox Avropa və Amerika ölkələrində “xodunki” kimi tanıdığımız qurğunun …