Əsas səhifə / Əsas menu / Ana və uşaq / Körpəniz masajla rahatlaşsın
Bizi mobildən daha sürətli  izləyin

Körpəniz masajla rahatlaşsın

1379184114_baby-massage-techniques

Körpəniz masajla rahatlaşsın

Körpə üçün masajın faydaları nələrdir?
Körpə üçün masajın həm fiziki, həm də mənəvi faydaları vardır.

• Masaj ana-ata və körpə arasındakı ‘Emosional Bağlanma’ üçün çox vacibdir.
• Ana-ata və körpə arasındakı ünsiyyət üçün yaxşı bir başlanğıcdır.
• Körpə masaj əsasında özünü etibarda hiss edir, valideyinlərinə qarşı güvən hissi duymağa başlayır.
• Ürəyə daha çox qanın “çatmasını” təmin edir
• Körpənin mədə-bağırsaq funksiyalarını yaxşılaşdırır
• Qidanın həzm edilməsini asanlaşdırır
• Tənəffüsü asanlaşdırır

Körpə nə zaman masaj edilməməlidir?

• Yüksək hərarət və epilepsiyası olan körpələrə masaj edilməməlidir.

• Açıq yara və qansızma olduqda körpə masaj edilməməlidir.

Masaj üçün ideal zaman nə vaxtdır?

Körpə qidalandıqdan yarım saat sonra masaj üçün ən uyğun zamandır.

Aroma (ətirli) müalicə masajı nədir?

Masaj zamanı düzgün yağların istifadəsi aroma müalicənin əsasıdır. Ümumi olaraq körpə masajı üçün ən uyğun yağ badam yağıdır. Ancaq yağ bədənə tətbiq olunmadan əvvəl mütləq bədənə bir damla damladılaraq körpənin dərisinə uyğun olub-olmadığı yoxlanılmalıdır.

Kəskin ağrılar ( qulunc ) zamanı uyğun yağlar hansılardır?

Badam yağının içinə bir miqdar lavanda və ya çobanyastığı yağı qarışdırılaraq əldə edilən yağ sancılar üçün ən uyğun yağdır. Bu üsulla hazırlanan məhlul əllərə yaxşıca yedirildikdən sonra körpənin qarınına tərəf istiqamətdə 5 dəqiqə masaj edilməlidir.

Körpənin başında yaranan kəpək üçün uyğun yağlar nələrdir?

1 Damcı ətirşah və 1 damcı evkalipt yağı 45ml-lik şirin badam yağına qarışdırılaraq məhlul hazırlanır. Əldə edilən məhlul körpənin başına diqqətli bir şəkildə fırça ilə çəkilə bilər. Bir müddət gözlədildikdən sonra körpənin başı əvvəl şampunlanıb sonra da su ilə yuyularaq təmizlənməlidir

Qeyd: Sağlam körpənin masaj və gimnastikasına 1 ay yarım, 2 aylığından başlamaq mümkündür. Amma müalicəvi masaj üçün mütləq uşaq həkimi ilə məsləhətləşmək lazımdır.

Buna da baxın

Masajla onun ağlını başından al

Whatsapp ilə PaylaşXüsusi ortam yaradıb masaj edərək partnyorunuzun ağlını başından çıxara bilərsən. Şamlar, musiqi və …