Əsas səhifə / Əsas menu / Ana və uşaq / Körpənizin bədən dili
Bizi mobildən daha sürətli  izləyin

Körpənizin bədən dili

1348349301-648

Körpənizin bədən dili

Ağlamaq, körpələrin universal dili olsa da, körpəniz sizinlə fərqli bədən hərəkətləri və üz ifadələri də ünsiyyət qurmağa çalışa bilər. Əgər onu diqqətli izləsəniz verdiyi işarələri oxumağı bacarsanız, sizə izah etməyə çalışdığı hər şeyi kəşf edə və anlaya bilərsiniz. Bu sayədə onun daha xoşbəxt olmasını təmin edərsiniz.

Körpələrin bədən dilinə dair bunları bilməlisiniz:

-Əgər körpəniz qısa-qısa göz qırpırsa, əsniyirsə və əlləriylə gözlərini ovuşdurursa, bu, yuxusu olduğuna işarədir.

-Körpəniz ağzını açıb-açıb bir şey yeyirmiş kimi edirsə anlayın ki acdır.

-Körpəniz gözlərini açaraq iti bədən hərəkətləri edirsə, bu, onun sizdən maraq gözlədiyini, oyunlarınıza açıq olduğunu göstərir.

-Əgər körpəniz özünü geriyə doğru itələyərək başını çevirir və gözlərinizə baxmırsa bu onun sizə “xeyr” demə şəklidir.

-Körpənizi izləyin. Çox erkən yaşlardan etibarən körpəniz sizi izləyərək diqqətinizi çəkməyə çalışar. Bunu xüsusilə o böyük gülümsəməsiylə edəcək. Bu səbəbdən sizə gülümsəyərək baxdığında, siz də ona gülümsəyərək baxın. Bu, minlərlə sözə əvəz olacaq.

-Körpənizin bədən üzvlərini, hansı səs və hərəkət oynatdığını müşahidə edin. Fərqli körpələr fərqli hissiyyatlara malikdir. Kimisi gözünə gələn günəşdən narahat olarkən, kimisi də küçədən gələn səslərdən qorxa bilər. Bəzi uşaqlarsa keçən bir yük maşınının səsindən belə narahat ola bilər. Ani səs və hərəkətlərə məruz qaldığında qorxan körpənizin etibarda hiss etməsini təmin edin.

-Körpənizin sahib olduğu fərqli ruh hallarını tanımaya çalışın. Hissləri açıq və diqqətli olduqda, ağladığında və ya narahat olduğunda daha dəyişik hal və hərəkətlərə sahib olacaq. Bu səbəbdən o hərəkətlərinə diqqət edərək hansı ruh halında olduğunu daha yaxşı görə biləcəksiniz.  Beləcə ona necə davranmağınız lazım olduğunu da biləcəksiniz.

-Körpənizlə, hisslərinin açıq olduğunu fərq etdiyiniz zamanlarda danışın. Ən narahat körpələr belə hər gün sakit bir ana malikdir. Yetər ki, o anı tutaq. Onunla danışarkən üz ifadəleəinizi istifadə edərək danışmağı təcrübədən keçirin. Siz də onu diqqətli izlədiyinizi sizə nə demək istədiyini anlayacaqsınız, çünki o da sizə müxtəlif üz ifadələri ilə cavab verəcəkdir.

-Körpənizin sizinlə ünsiyyətə keçmə səylərinə daim cavab verin. Çünki körpələr, danışmağı öyrənmədən əvvəl səsləri istifadə edərək ünsiyyət qurmağa çalışırlar. Siz də körpəniz sizinlə danışmağa çalışdığında cavab verin.

Buna da baxın

Ağlayan uşaq necə susdurular?! – Video

Whatsapp ilə Paylaş Uşaq səsi hər bir evdən gəlməsi arzu olunan, xoşbəxtlik, sevinc, sevgi bəxş …