Əsas səhifə / Əsas menu / Ana və uşaq / Körpəyə əmzik verilməlidirmi?
Bizi mobildən daha sürətli  izləyin

Körpəyə əmzik verilməlidirmi?

l

Uşaqların sağlam həyat tərzi kimi məsələ valideynləri ən çox narahat edən məsələlərdən biridir, belə ki, uşaq əmziklərinin uşaqlara verilib verilməməsi valideynləri çox narahat edir. Bəziləri əmziklərin uşaqların dadbilmə, diş və damağına pis təsir etdiyini söyləyir, bəziləri isə əmziklərin heç bir pis təsirinin olmadığını söyləyirlər.

Bəs nə etməliyik, uşağı əmziyə öyrətməliyik, ya yox?

Pediatorlar bu suala birmənalı cavab vermirlər, çünki bir tərəfdən uzunmüddətli əmzikdən istifadə uşağın diş-damaq sisteminə pis təsir göstərir, digər tərəfdən uşaq çox ağlayırsa və onu sakitləşdirmək mümkün deyilsə, onda az da vermək lazımdır. İstənilən stress və narahatçılıq uşağın psixikasına və sağlamlığına pis təsir göstərir. Əgər körpə əmziksiz sakitdirsə, onda əmzik verməyə ehtiyac yoxdur.

Körpələri əmziyə öyrəşən valideynlərə məsləhət budur ki, uşağın başını oyuncaqlarla qatsınlar, belə ki, körpə əmzik əmərək öz başına qalıb darıxmasın. Əgər uşaq əmziksiz yatmırsa, onda o möhkəm yatana qədər əmzik ağzında qalsın, yuxuya gedən kimi ağzından mütləq çıxarmaq lazımdır. Gecə əmziyin uşağın ağzında qalmağı məsləhət deyil.

Əmziyi uşağın ağzına verməmişdən qabaq onu isti suyla yuyun. Bir çox valideynlər, əmzik yerə düşürsə, götürüb, ağzına salıb uşağın ağzına verir. Böyük adamın ağzında olan bakteriyalar uşağın ağzında yoxdur. Əgər bu bakteriyalar əmziklə birlikdə uşağın ağzına gedərsə, çox böyük fəsadlar törədə bilər. Ona görə də düşünülməmiş hərəkət etməyin, balaca möcüzənizin sağlamlağına qarşı diqqətli olun…//xatun.life/az