Əsas səhifə / Əsas menu / Ana və uşaq / Körpənin uzun müddət ağlamasının səbəbi
Bizi mobildən daha sürətli  izləyin

Körpənin uzun müddət ağlamasının səbəbi

Baby drinking from bottle
Türkiyəli Prof. Ahmet Demir son illərdə yeni doğulan körpələrdə tez-tez rast gəlinən və əsas sağlamlıq problemlərindən biri olan kolik və müalicəsi haqqında məlumat verib. Dəqiq səbəbi bilinməyən kolik körpələrin saatlarla ağlamasına gətirib çıxarır və valideynlər bu vəziyyətdə narahat olurlar. Prof. Ahmet Demir yeni doğulan körpələrdə kolik və müalicəsi haqqında məlumatı qadinklubu.com təqdim edir.Kolik dəqiq səbəbi bilinməsə də, körpənin sinir və bağırsaq sisteminin tam inkişaf etməməsindən ola bilməsi də ehtimal edilir. Həmçinin ananın siqaret çəkməsi, yaşının çox olması və ilk uşaq olmağı vəziyyəti riskli edir. İnək südü, protein alergiyası və digər alergiyalar da kolikə səbəb olur.

Ağlama kolikinin əsas səbəbi

Kolikin əsas səbəbi ağlama krizləridir. 3 aydan balaca bir uşaqda ağıama krizləri gündə ən azı 3 saat davam edə bilər. Bu bəzən həftədə 3 gün və ayda 3 dəfə ola bilər. Adətən belə körpələr axşam saatlarında eyni vaxtda ağlayır. Ağlayarkən üzləri qızarır, qarınları şişir və ayaqlrını qarınlarına doğru çəkirlər. Bəzən özlərini arxaya doğru atan kimi edirlər, bəzən əllərini yumruq sıxır, bəzən də ayaqları ilə təpik ataraq ağlayırlar.

Müalicəyə anə və körpənin qidalanmasınan başlamalı

Kolik adətən 4 aya düzəlir. Müalicə üçünbir çox alternativlər var, ancaq bütün körpələrə yni təsir etmir. Müalicə bu ardıcıllıqla gedir.

Ana südü ilə bəslənən körpələrdə ananın pəhrizin olması

Ana südü ilə qidalanmayan körpələrə uyğun yeməklərin(sıyıq,manna) seçilməsi.

Dərman müalicəsi (Lazım deyilsə istifadə edilməməlidir)

Probiyotiklər (faydalı bəzi bakteriyalar istifadı edilə bilər)

Bitki məlhəmləri

Masaj edilə bilər

Körpəyə kolik diaqnozunu həkim qoymalıdır

Kolik uşaqlarda qalıcı bir zərəri olmur. ncaq infantil kolik adı verilən növdə ağlama krizləri olan körpələr əna zı bir dəfə həkim müanəsindən keçməli və başqa bir xəstəliyə görə ağlamdıqları bəlli olmalıdır. Körpədə kökəlmə, halsızlıq, qusma, ishal, qızdırma, qəbzlik yoxdursa hər hansısa bir yoxlamaya ehtiyac yoxdur.

Uşaq ağlamağı dayanmırsa

Mümkün olduğu qədər sakit olun, gərginləşməyin.

Gülər üzlə körpə ilə göz təması qurun.

Körpəni bağrınıza basaraq qarnını isidin. Bunu ütü ilə isidilmiş parça ya da isitmək üçün olan pedlərlə də edə bilərsiniz.

Olduğunuz otaqda sakitləşdirici musiqilər çalın.

Körpəyə uyğun əmzikdən istifadə edin.

Su və tozsoran səsi bəzi körpələrin xoşuna gəlir.

Son seçim olaraq körpə ilə birlikdə maşınla səyahətə çıxın.

Kolik xəstəlik deyil. Bu, körpənin inkişafının əsas dövrlərindən biridir. Həkim müainəsindən sonra hansısa bir xəstəliyin olmadığı bəlli olursa, kolik olan körpənizlə səbrli və sakit olmaq lazımdır.

Buna da baxın

Körpə nəcisə gedə bilmirsə – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Çağa və körpə uşaqların narahatlığına əsas səbəblərdən biri 2-6 ay arası qeyri-mütəmadi …