Əsas səhifə / Manşet / Körpü salanlardansınız, yoxsa hasar çəkənlərdən?!
Bizi mobildən daha sürətli  izləyin

Körpü salanlardansınız, yoxsa hasar çəkənlərdən?!

Bu bizik proqramının bu dəfəki qonaqları Opera və balet teatrının solisti, respublikanın xalq artisti Gülyaz Məmmədova, Mədəniyyət və İncəsənət universitetinin müəllimi, respublikanın xalq artisti Gülyanaq Məmmədova və şair, filosof Loğman Qorqud Babacan olmuşdur. Fərqanə Gülağaqızı qonaqlarla olduqca səmimi, mehriban söhbətləri ilə tamaşaçıların səmərəli vaxt keçirməsini təmin etmişdir. Gülyaz Məmmədovan repertuarından səsləndirdiyi bir-birindən maraqlı musiqiləri ilə könülləri xoş etmişdir. Eyni zamanda Fərqanə Gülağaqızı həmişə olduğu kimi bu dəfə də qonaqlarına fərqli suallar ünvanlayaraq mənalı söhbətlərlə qonaqlar haqqında tamaşaçıları düşündürən maraqlı məqamlara toxunmuşdur. ”Körpü salanlardansınız, yoxsa hasar çəkənlərdən?” sualını qonaqlar özlərinə məxsus cavablandırmışdır. Loğman Qorqud Babacan aparıcının sualına nəzərən son kitabındakı körpülər şeirini səsləndirərək tamaşaçılara pozitiv anlar yaşadaraq öz fikirlərini ifadə etmişdir. Gülyanaq xanım Loğman Babacanın şeirlərinə istinad edərək canlı muğam ifaları səsləndirmişdir. Son olaraq Gülyanaq Məmmədovanın Loğman Qorqud Babacanın sazla müşayiəti ilə ifaları ilə yekunlaşmışdır.

Körpü salanlardansınız yoxsa hasar çəkənlərdən 1

Körpü salanlardansınız yoxsa hasar çəkənlərdən 2

Körpü salanlardansınız yoxsa hasar çəkənlərdən 3

Körpü salanlardansınız yoxsa hasar çəkənlərdən 5

Körpü salanlardansınız yoxsa hasar çəkənlərdən 7

Körpü salanlardansınız yoxsa hasar çəkənlərdən 9

Körpü salanlardansınız yoxsa hasar çəkənlərdən

Buna da baxın

Vaxt gələni gətirir, vaxt gedəni ötürür-Nəriman Həsənzadə

Whatsapp ilə Paylaş Dünya Tv-nin sevilən, yüksək reytinqli Bu Bizik proqramı gözəl  aparıcı Fərqanə Gülağaqızının …