Əsas səhifə / Əsas menu / Gözəllik / Korrektor seçimi və düzgün istifadə qaydaları
Bizi mobildən daha sürətli  izləyin

Korrektor seçimi və düzgün istifadə qaydaları

15Gözəl və qüsursuz makiyaj üçün korrektor əvəzedilməzdir.

Amma hər kosmetik vasitə kimi korrektorun da düzgün istifadəsi və ton seçimi ən önəmli meyarlardandır. Bunları nəzərə alaraq qadınklubu.com korrektor haqqında bir sıra lazımlı məlumatları araşdırmışdır.

Korrektor seçimi və istifadəsi

Korrektor dəridəki qüsurları örtmək üçün istifadə edilir. Üz makiyajında ​​üzdəki qüsurları örtmək üçün ən təsirli üsullardan biri korrektor tətbiq etməkdir. Məsələn, üzdəki tünd halqalar olduqca pis bir görünüş meydana gətirər. Korrektorsuz tətbiq ediləcək bir makiyaj göz altı halqaların örtülməməsi səbəbiylə o qədər də gözəl bir görüntü qazandırmayacaq. Bağlayıcı alarkən düzgün, cildinizin rənginə uyğun tonu seçməyiniz də olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, korrektor seçmədən əvvəl dərinin kiçik bir hissəsində tətbiq edilməsi tövsiyə edilir. Beləliklə, dəri tonuna ən uyğun korrektor seçilir. Bunun üçün qol bilənginin iç bölgəsi daha məsləhətlidir. Tünd rəngli ləkələri bağlamaq üçün ümumiyyətlə dəridən bir neçə ton açığq korrektor seçim edilməlidir. Üzdəki sızanaqları bağlamaq üçün sarının açıq tonları daha uyğundur. Beləliklə dəri rəngini bərabərləşdirmək daha müvəffəqiyyətli olacaq. Üzdəki qızartılar üçün isə çəhrayı tonlarda korrektorlar daha uyğundur.

Korrektor başqa hansı hallarda istifadə edilir?

Korrektor bir göz makiyajı olaraq istifadə edilə bilər. Belə bir istifadə göz qapaqlarına tətbiq olunaraq, daha hamar bir görünüş yarada bilər. Bu ayrıca göz kölgəsi tətbiqində daha yaxşı bir qalıcılıq yaradar.

Dodaq ətrafındakı tünd izləri və ya tünd rəngi örtmək üçün, korrektor dodaqlarda istifadə edilə bilər. Bunun üçün korrektor incə bir fırçayla tətbiq edilir, dodaq cizgilərindəki tündlüklər açılaraq işıqlandırılır.

Korrektor üzdəki ləkələri, günəş izlərini, üzdəki xəttləri və çilləri də örtərək makiyajınızın ​​qüsursuz olmasına kömək edir. Üzdəki ləkələr üçün istifadədə qələm korrektorlar daha məsləhətlidir..

Korrektor yara və doğum izlərini bağlamaq üçün də idealdır. Hətta yara və doğum izləri üçün çıxarılmış xüsusi korrektorlar da tapmaq mümkündür.

Korrektor tətbiqindən əvvəl nə edilməlidir?

Korrektor tətbiqindən əvvəl üzünüzü yuyun. Ayrıca üzünüzdə bir əvvəlki gündən qalma makiyaj izləri varsa, onları da yuyaraq üzünüzü təmizləyin. Ümumiyyətlə, makiyajınızı gecə yatmadan əvvəl üzünüzdən təmizləmək, dəri sağlamlığınız üçün daha uyğundur.
Üzünüzü yuduqdan sonra yumşaq bir dəsmalla üzünüzə yüngülcə qurulayın. Sonra üzünüzdəki hər hansı bir quruluğa qarşı nəmləndiricinizi tətbiq edin. Bu korrektor üçün daha yaxşı bir hamarlıq təmin edəcək.

Nəmləndirici kremdən sonra 1 dəqiqə gözlədikdən sonra korrektordan istifadə edə bilərsiniz. Əgər kremdən sonra hələ də üzünüz bir az yağlı görünürsə, onda təmiz bir dəsmalla həmin yağı silin.

Korrektor necə istifadə edilir?

Göz ətrafı üçün

Korrektoru istəsəniz tək də istifadə edə bilərsiniz. Tonal krem olmadan da üzünüz qüsursuz görünəcək. Əvvəlcə nişan barmağınız vasitəsilə nöqtələr şəklində göz altına korrektoru tətbiq edin. Daha sonra incə hərəkətlərlə, yenə də nişan barmağınızdan istifadə edərək, korrektoru yayamağa başlayın. Tam yayıldıqdan sonra qismət göz qapaqlarına da tətbiq edin. Barmağınızda qalan korrektor da bunun üçün kifayət edici ola bilər. Hədən artıq korrektor sürtməyin, çünki bu bir müddət sonra heç də yaxşı görünməyəcək. Xüsusən də göz qapaqlarında. Göz qapaqları göz altına nisbətən daha hərəkətli olduğunudan, hər göz qırpımında həmin korrektor əgər dəri tərəfindən qəbul edilməyibsə, qırışlar arasında heç də xoş olmayan bir görüntü qazandırmaqla nəticələnəcək. Məhz bu səbəbdən ifrata yol verməyin.

Ləkələr üçün

Əgər üzünüzdə ləkələr var, korrektoru fırça vasitəlilə həmin ləkə üzərinə incə hərəkətlərlə tətbiq edin. Eyni zamanda tonal kremi də fırça vasitəsilə çəkin.

Aydınlatmaq üçün

Aydınlatıcı kimi istifadə edəcəksinizsə, onda cildinizin rəngindən daha açıq tonda korrektor seçilməlidir. Qaş üstü, qaş altı, göz altı, burun kənarı və dodaq kənarlarına, (mimika nahiyəsi) qələm korrektor vasitəsilə tətbiq edin.

Korrektorun növləri:

Qələm korrektor

Qələm korrektor göz altı kölgələri bağlamaq üçün ən yaxşı variantdır. Sadəcə göz altı halqalardan narazısınızsa, bunun üçün qələm korrektor sizin ən yaxşı köməkçiniz olaraq, makiyajınızın qüsursuzluğunu təmin edəcək.

Krem korrektor

Əgər üzünüzdə hər hansı tünd rəngli ləkələr varsa bünün üçün krem korrektor əla seçimdir. Krem korrektor digərlərinə nisbətən daha çox təsirlidir. İstəsəniz ləkə üzərinə istəsəniz də tonal kremlə birləşdirərək bütün üzünüzə tətbiq edə bilərsiniz. Fırça vasitəsilə yayılması çox rahatdır.

 

12

 

13

 

14

Buna da baxın

Üzündə ləkə olan xanımlara kosmetoloq məsləhəti

Whatsapp ilə Paylaş  Bir çox qadınlar əsasən üz nahiyələrində olan ləkələrdən şikayət edirlər. Bəs bu …