Əsas səhifə / Əsas menu / Gözəllik / Korsetin zərərləri
Bizi mobildən daha sürətli  izləyin

Korsetin zərərləri

po

Korset qadınlar üçün əvəzedilməzdir. Lakin korsetlərin  xeyri olduğu kimi, həm də zərərləri var.

Korsetin faydaları:

-Vücudu yığır və gözəl görünməni təmin edir.

-Tərlədir, bu da arıqlamğa səbəb olur.

-Doğuşdan sonra qarnın yığılıb yerini almasına kömək edir.

-Ayaq üçün nəzərdə tutulmuş korsetlər idman edərkən istifadə olunur və ayaqları burxulmadan -qoruyur.

-Bel korsetləri bel yırtığlarına (qrija) və bel ağrılarına kömək edir.

Korsetin zərərləri:

-Bədəninizə uyğun olmayan korsetlər vücud pozulmalarına gətirib çıxardır. Mütləq bədəninizə uyğun korset geyinin.

-Uzun müddət korset geyindiyiniz zaman tərləmə halları baş verir. Bu da soyuqdəyməyə səbəb ola bilər. Eyni zamanda təmizliyə də fikir vermək lazımdır.

-Tərləməyə səbəb olan və bədəninizin nəfəs almasına mane olan sintetik korsetlər geyinməyin.

Korset geyinmək arıqladırmı?

Bəli. Korset geyən zaman tərləmə halları baş verir ki, bu da bədəndə olan artıq yağları atmağa səbəb olur. Əgər uyğun korseti, düzgün şəkildə istifadə etsəniz, arıqlaya bilərsiniz. Gündüzlər 8 saat ərzində bütün günü, gecə isə idman üçün nəzərdə tutulmuş korset geyinmək, əlbəttə ki, öz təsirini göstərəcəkdir. Korset geyərkən çoxlu su içmək də şərtdir. Təbii ki, arıqlamaq istəyən hər kəs bir korsetlə kifayətlənməməlidir. Bu səbəbdən qidalanmanıza diqqət etməli və ya hər hansı bir dietoloqdan məsləhət almalısınız.

Buna da baxın

Düzgün istifadə etmədiyimiz 9 əşya – Foto

Whatsapp ilə Paylaş Düzgün istifadə etmədiyimiz 9 əşya – Foto Bəzi əşyalar və yeməklər var …