Əsas səhifə / Əsas menu / Gözəllik / Kosmetoloqa nə vaxt müraciət etmək lazımdır?
Bizi mobildən daha sürətli  izləyin

Kosmetoloqa nə vaxt müraciət etmək lazımdır?

l

Fəsil dəyişikliyi ilə əlaqədar olaraq, xanımların üzlərində müəyyən problemlər yaranır ki, bu da onların haqlı narahatlığına səbəb olur.

Qadınklubu.com bu dəfə tanınmış həkim-kosmetoloq Günay Əliyevanın məsləhətlərini təqdim edir:

“Xanımların əksəriyyəti günəş kremlərindən, vannalarından, solyaridən düzgün istifadə etmədiyi üçün fəsil dəyişikliyi zamanı dəridə piqment ləkələr yaranır. Piqment ləkələrinin əmələ gəlməsinə səbəb günəş şüalarının təsirindən dəridə melonin sintezinin çoxalmasıdır. Bu zaman oval şəklində alında, yanaqda, burun üstü, çənə və bığ nahiyələrində tünd, açıq qəhvəyi və qəhvəyi rəngli ləkələrə təsadüf etmək olur. Bu ləkələri aradan götürmək üçün mütləq yayın sonunda kosmetoloqa müraciət etmək lazımdır:

Kosmetoloqun sözlərinə görə, bu cür problem yaranan zaman ilk növbədə mezoterapiyaya müraciət olunmalıdır:

“Mezoterapiyanın hər prosedurunun əvvəlində pilinq proseduraları həyata keçirilməlidir. Bu zaman dərinin immun sistemi yaxşılaşır, təravətlənir, rəngi açılır, elastiklik itkisi bərpa olunur, dəri relyefi hamarlaşır. Mezoterapiyadan sonra xanımların hamısı ilk növbədə onu deyir ki, “çox sağ olun, makiyajdan canımız qurtardı”. Çünki qadınların əksəriyyəti dəridə hansısa qüsurları ört-basdır etmək üçün makiyaj edir. Bütün xanımlara məsləhət görərdim ki, dərilərinin təravətli görünməsini istəyirlərsə, ilk növbədə piqment ləkələrindən azad olsunlar”.

Həkim-kosmetoloq onu da vurğulayıb ki, mövsüm sonunda dəri vitaminsizləşdiyinə görə, üzdə aknelər, uqrilər əmələ gəlir. Belə ki, fəsil dəyişikliyi zamanı bağırsaqlarda müəyyən problemlər yaranır, bu da birinci növbədə dəridə özünü büruzə verir. Üzdəki bu problemlərdən qurtulmağın ən effektli vasitəsi dərinin təmizlənməsidir:

“Ümumiyyətlə, istər problemli, istərsə də problemsiz qadınlar hər üç aydan bir dərinin epidermal qatında olan ölmüş hüceyrələri təmizləməlidirlər. Bu, el arasında “çistka” kimi tanınır. Epidermal qatda məsamələr var ki, dərinin nəfəs alması, piy toxumalarının ifrazı, nəmlənməsi, yağlanması onlar vasitəsilə olur. Ölmüş toxumalar da getdikcə qat-qat yığılır və məsamələrin ağzını örtür. İnsan ağzını tutaraq nə qədər nəfəs ala olar? Məsamələr də eləcə. Ona görə də ölmüş toxumaları dəridən təmizləmək lazımdır. Bunu da ev şəraitində yox, peşəkara müraciət etmək gərəkdir. Professional formada mikrodermabrayza aparatının köməkliyi ilə ölmüş hüceyrələr götürülməlidir ki, üzə vurulan hər hansı krem daha dərin qata ötürülə bilsin. Məsləhət görərdim ki, qadınlar imkan daxilində həftədə bir dəfə masaj, maskalar vasitəsilə dəriyə professional qulluq etsinlər. Bəzən xanımlar belə bir fikir səsləndirirlər ki, kosmetoloqa müraciət etmək hələ tezdir. Amma onu da deyirlər ki, kosmetoloqa hansı yaşda müraciət edirsənsə, elə o yaşda da qalırsan”.

Qeyd edək ki, Günay xanım təhsilini Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsində təhsil alıb. 2004-2011 ci il İnternani 3 sayli şəhər klinik xəstəxanasında keçib terapevt ixtisası üzrə. Kosmetoloji kurslar keçib, müxtəlif xarici treyninq və seminarlarda iştirak edib xarici sertifikatlar alib.

Buna da baxın

Üzündə ləkə olan xanımlara kosmetoloq məsləhəti

Whatsapp ilə Paylaş  Bir çox qadınlar əsasən üz nahiyələrində olan ləkələrdən şikayət edirlər. Bəs bu …