Əsas səhifə / Əsas menu / Praktika / Köynəyi səliqəli və tez ütüləmək
Bizi mobildən daha sürətli  izləyin

Köynəyi səliqəli və tez ütüləmək

timthumb

Köynəyi səliqəli və tez ütüləmək

Paltar ütüləmək bir qədər yorucu və məsuliyyətli işdir. Hər bir xanıma, hələ əlinə ilk dəfə ütü alan xanımlara bu iş çox çətin gələ bilər. Amma bu heç də belə deyil. Bu dəfə sizlərə paltarların düzgün, səliqəli və qısa zamanda ütülənməsinə dair maraqlı məlumatlar təqdim edirik:

Ütü masasını uyğun yüksəklikdə qurun. İstiliyi hər paltarın materialına görə tənzimləyin. Paltarın ortasından başlayıb, kənarına doğru ütüləyin.Xüsusi ilə buxar istifadə edərkən , ütünün üzərinə ağırlığınızı salmağa ehtiyac yoxdur. Çünki işi görən buxarın gücüdür, ağırlıq deyil.

Bəzi detallara diqqət edin:

Bütün ipək parçadan olan paltarları tərsinə çevirib  ütüləyin. Üzərində naxış olan  parçalar və sintetik dərilər də  tərsindən ütülənməlidir.

Köynəklərin düzgün ütülənmə qaydası

Yaxa: Yaxanı alt hissəsindən başlayaraq, uclarına doğru ütüləyib,  sonra ortaya geri dönün.

Çiyin. Boyun nahiyəsi: Boyun nahiyəsini ütünün dar ucu üzərinə keçirərək, düzləşdirin və çiyindən arxa hissənin ortasına doğru ütüləyin. Digər tərəfdə də bu işi təkrar edin.

Qol ağzı.(bilək hissəni): Əvvəl iç hissəni, sonra isə çöl hissəni ütüləyin.

Qollar: Hər iki qolun,əvvəlcə  bilək hissədən başlayaraq, sonra arxa hissəsini ütüləyin.

Bədən: Köynək bədənini. Önün bir hissəsini , sonra digər hissəsini ütüləyin.

 

Buna da baxın

Köynəkləri belə bağlamaq dəbi

Whatsapp ilə PaylaşSevərək geyindiyiniz cins şortunuzun və ya cins şalvarınızın üzərinə bağladığınız köynək sizi daha …