Əsas səhifə / Manşet / Kruasan börəyi
Bizi mobildən daha sürətli  izləyin

Kruasan börəyi

kurasan börəyi.JPGgTərkibi:

250 qr marqarin

0.5 st duru yağ

1.5 ç/qaşığı duz

3 yumurta(1 sarı üzəri üçün)

0.5 st ilıq süd

1 kiçik paket yaş maya

un nə qədər getdi

içlik üçün:

3 kartof

duz

Hazırlanması:

Bütün vəsaitləri qarışdıraraq yumşaq xəmir yoğurun. Xəmiri üç bərabər hissəyə bölün və 1 saat soyuducuda gözlədin. Daha sonra xəmiri orta ölçüdə yayaraq 8 bərabər hissəyə bölün. Mərkəzdən kənarlara doğru üçbucaq şəklində.  Hər xəmirin mərkəzinə içliyi qoyaraq siqaret şəklində bükün. Üzərinə yumurta sarısı çəkərək 5 dəqiqə gözlədin. Daha sonra əvvəlcədən 180 dərəcə isidilmiş sobada bişirin. Zövqə görə içlikkimi prndir də istifadə edə bilərsiniz.

İçliyin hazırlanması:kartofu qaynadaraq püre halına gətirin və duz əlavə edərək qarışdırın.

Nuş olsun!kurasan börəyi.JPGyy

kurasan börəyi

kurasan börəyi.JPGg

 

 

 

Buna da baxın

Unlu börəyin hazırlanması – Resept

Whatsapp ilə Paylaş Unlu börəyin hazırlanması – Resept Sevimli yeməklərindən olan börəyin fərqli və asan …