Əsas səhifə / Manşet / Küncütlü qrilyajın hazırlanma qaydası
Bizi mobildən daha sürətli  izləyin

Küncütlü qrilyajın hazırlanma qaydası

qrellajın hazırlanma qaydası

Fransız desserti olan qrelyaj olduqca dadlı eyni zamanda asan və tez hazırlanan bir şirniyyatdır. Hamının asanlıqla hazırlaya biləcəyi qrilyajın reseptini qadinklubu.com sizlərlə paylaşır.

Tərkibi:

  • 6 xörək qaşığı küncüt (qovrulmuş)
  • 6 xörək qaşığı şəkər tozu
  • 2 desert qaşığı kərə yağı

Hazırlanması:

Ocaqa qoyulmuş quru tavaya ilk olaraq şəkər tozunu əlavə edin. Rəngi tündləşənə (karamelize ) qədər dayanmadan qarışdırın. Az odda olsa daha yaxşı olar. Daha sonra küncütü(günəbaxan toxumu ilə də əvəz edə bilərsiniz) və kərə yağını əlavə edərək, 1-2 dəqiqə daha qarışdırdıqdan sonra tavanı ocaqdan götürün. İsti qaışımı yağlı kağız üzərinə yayaraq ( kalka), oxlov vasitəsilə hamarlaşdırın. Soyuduqdan sonra səliqəli və rahat bölə bilmək üçün, isti halda üzərinə bıçaq vasitəsilə xətlər çəkin. Amma qrilajı kəsməmək şərtilə. Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Pryanik resepti

Whatsapp ilə Paylaş Tərkibi: 300 ml kefir 1 st şəkər tozu 2 yumurta sarısı 1 …