Əsas səhifə / Əsas menu / Gözəllik / Kürəkdə çıxan sızanaqlardan xilas edən təbii üsul
Bizi mobildən daha sürətli  izləyin

Kürəkdə çıxan sızanaqlardan xilas edən təbii üsul

jj

Bir çox insanın sadəcə üzündə yox, kürək, bel, ombasında da sızanaqlar çıxır.

Bu sızanaqlardan xilas olmaq elə də asan deyil. Üstəlik, belə sızanaqlar çox vaxt böyük olur və ağrı verir.

Kürək və bel nahiyəsində çıxan sızanaqları 1 həftə içərisində yox edən iki üsul:

1. Dəniz duzu ilə şəfa tapın!

Vannanı isti su ilə doldurub içinə 2-3 stəkan dəniz duzu tökün və həmin suda 20-30 dəqiqə dincəlin. Əgər dəriniz yağlıdırsa, vannadan çıxdıqdan sonra heç nəyə ehtiyacınız olmayacaq. Ancaq dəriniz qurudursa, qurulandıqdan sonra nəmləndirici krem çəkin. Bu duz vannası sayəsində 1 həftə ərzində sızanaqlardan xilas olacaqsınız. Əgər hamamda vannanız yoxdursa, alternativ üsula əl ata bilərsiniz. 1 stəkan dəniz duzunu eyni miqdarda su ilə qarışdırıb təmiz sprey şüşəsinə doldurun. Gündə iki dəfə bu suyu problemli bölgəyə sıxın.

2. Yulaf möcüzəsi

Sağlamlığımızın və gözəlliyimizin ən yaxşı dostu olan yulaf sızanaqlara qarşı da təsirli vasitədir. Yulaf əzməsi dərini nəmləndirir, sızanaqları aradan qaldırır, ölü hüceyrələri təmizləyir.

3 xörək qaşığı əzilmiş yulafı pambıq parçadan tikilmiş təmiz, daha öncə heç istifadə edilməmiş corabın içərisinə doldurun. Həmin corabı vannanın içərisinə atın. Corabı sıxaraq yulafın tərkbiindəki maddələrin suya çıxmasını təmin edin. 20 dəqiqə bu suyun içərisində gözləyin. Daha sonra durulanıb qurulanın. Proseduranı hər gün təkrarlayın.

Buna da baxın

Ölkədə yayılan yeni qripi bircə gündə yox edəcəksiniz….

Whatsapp ilə Paylaş Ölkəmizdə yayılan qrip virusu insanlar arasında ciddi təlaş yaradıb. Hazırda H3N2 adlandırılan …