Əsas səhifə / Əsas menu / Gözəllik / Kürəyimdə sızanaq ləkələri var – nə edə bilərəm?
Bizi mobildən daha sürətli  izləyin

Kürəyimdə sızanaq ləkələri var – nə edə bilərəm?

kurekkkk

Kürək nahiyəsi sızanaqların çox olduğu bölgələrdəndir. Bu bölgədə yağlılıq çox olduğu üçün sızanaqlar yaranır. Bu  sızanaqlar zamanla sağalsa da, bir sıra hallarda izlər qalır. Bu  izlər ləkə və çuxur şəklində ola bilər.

Qadinklubu.com-un məlumatına görə, kürək nahiyəsinin örtülü qalması da, sızanaqların çoxalmasına gətirib çıxaran səbəblərdən biridir. İsti və nəmli şərait, bakteriyaların inkişafı üçün münbit hesab olunur.

Əgər kürəyinizdəki sızanaqlar şiş və ağırılıdırsa, mütləq həkimə müraciət edin. Həkimlər sizə A vitamini ilə zəngin, bakteriya inkişafının qarşısını azaldan, yağlılığı aradan götürən krem və losyonlar məsləhət görə bilərlər.

Kürəyinizdəki sızanaqların başqa bir səbəbi isə, qaraciyərin qanı tam təmizləməməsidir. Yağlı qidalar ( fast food, qızartmalar ), xolesterola, buna bağlı olaraq da, sızanaqlara səbəb olur. Qara ciyərə faydalı qidalardan başlıcası turpdur. Bundan əlavə, bol-bol meyvə və tərəvəz qəbul edin.

Kürəkdəki sızanaqlara qarşı maskalar

Dəniz duru sızanaqlara qarşı çox təsirlidir. Tez-tez dənizə gedə bilmirsinizsə, aşağıdakını tətbiq edin.

1 xörək qaşığı duz

2 stəkan su

Hazırlanması: Duz su ilə qarışdırılır, pambıqla kürəkdəki sızanaqlı bölgələrə çəkilir. 20 dəqiqə sonra kürəyinizi ilıq su ilə yuya bilərsiniz.

 

Alma sirkəsi

1 stəkan su

Hazırlanması: Bir kasada alma sirkəsi ilə suyu qarışdırın. Alınan qarışımı kürəyinizə masaj edərək çəkin. 15 dəqiqə gözlədikdən sonra, kürəyinizi yuya bilərsiniz. Sızanaqlar sağalana kimi günaşırı təkrarlayın.

Buna da baxın

Dəri ağardıcı maska

Whatsapp ilə Paylaş Tərkibi: 2 x/qaşığı yulaf 1 limon Hazırlanması və tətbiqi: Yulafı bir qədər …