Əsas səhifə / Manşet / Ləziz ponçiklər
Bizi mobildən daha sürətli  izləyin

Ləziz ponçiklər

ponçikTərkibi:

  • 500 ml süd
  • 2 yumurta
  • 125 qr yağ- marqarin  və ya kərə yağı
  • 2 x/qaşığı+1 ç/qaşığı şəkər tozu
  • 1.5 ç/qaşığı duz
  • 11 qr quru  maya
  • 0.5 st isti su
  • un nə qədər getdi (təxmini 400qr)

Hazırlanması:

Su ilə südü qarışdırın və bir qədər isidin. Şəkər tozu və mayanı əlavə edib qarışdırdıqdan sonra 15 dəqiqə gözlədin. Daha sonra yumurta, otaq  temperaturunda (əridilmiş) yağ, duz əlavə edib qarışdırın. Daha sonra  unu əlavə  edərək yumşaq xəmir yoğurun. Nə bərk, nə də yumşaq olmalıdır. 1.5 saat gözlətdikdən sonra xəmiri 1 sm qalınlığında yayın. Stəkan və ya başqa qəliblə xəmiri bərabər hissələrə bölün. Kiçik  qazana duru yağ( 1.5 st) əlavə edin. Ponçikləri yağda qızılı rəng alana kimi qızardın. Hazır ponçiklərin mərkəzini bıçaqla kəsərək, istəniləm cem əlavə edə bilər və ya şəkər pudrası ilə bəzəyərək  servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Dəri təmizləyici tonik

Whatsapp ilə Paylaş Toz və çirkli hava səbəbindən yorğun düşən dərinizə lazımlı qulluq olmayanda müxtəlif dəri …