Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Ləziz Türk paxlavası – FOTORESEPT
Bizi mobildən daha sürətli  izləyin

Ləziz Türk paxlavası – FOTORESEPT

Ləziz Türk paxlavası – FOTORESEPT

Xəmiri üçün:

-2 yumurta
-1 stəkan süd
-1 stəkan duru yağ
-1 ədəd qabartma tozu
-yarım çay qaşığı duz
-un

Şərbəti üçün:

-3 fincan su
-4 fincan şəkər tozu
-limon

İçlik üçün:

-qoz

Yağlamaq üçün:

200 q əridilmiş kərə yağı

Hazırlanması:

Birinci olaraq şərbəti hazırlanır: Su ilə şəkər tozu qarışdırılır, 5 dəqiqə qaynadılır.Üzərinə limon əlavə edib soyumağa qoyulur.

1353517115_hh

Sonra içlik hazırlanır. Qoz maşından keçirilir, orta ölçüdə xırdalanır. Qoz çox xırda olmamalıdır, paxlavanı yeyərkən xırçıldamalıdır.

                                                                   Xəmir hazırlanması:

Yumurtanı, südü, duru yağı, qabartma tozunu və duzu yoğurma qabına boşaldın. Ala bildiyi qədər un əlavə edərək yumşaq bir xəmir əldə edənə qədər yoğurun. Xəmir olduqca nazik yayılır, qat-qat xəmir bir-birinin üzərinə yağlanaraq düzülür.

1353517146_kk

 

10 qat xəmirdən sonra içlik qoyulur və yenə eyni qayda ilə xəmir bir-birinin üzərinə yağlanaraq düzülür.

1353517101_dd

Daha sonra istədiyiniz şəkildə paxlavaya forma verib 130 dərəcədə üzəri azacıq qızarana kimi bişməyə qoyulur. Bişməyə az qalmiş paxlavanın üzərinə şərbəti tökürük.

1353517222_gg

İstəyə görə üzərinə antep fıstığı əlavə etmək olar.

1353516746_t252rk-paxlavas305

Nuş olsun!

Buna da baxın

Evdə nutella hazırlanması

Whatsapp ilə Paylaş Tərkibi: 4 ədəd yumurta 1,5 stəkan su (300qr) 1 paket vanil (10qr) …