Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Ləzzətli bubliklər
Bizi mobildən daha sürətli  izləyin

Ləzzətli bubliklər

Ləzzətli bubliklər

bub

Uşaqlıq dövrünün ən dadlı, unudulmaz təamlarından olan bubliklərin hazırlanması çox sadədir.
Lazım olan quru və yaş məhsulları ayrı-ayrılıqda qarışdırın, sonra sərt xəmir yoğurun. Buna təxminən 5 dəqiqə vaxt lazım gələcək. Bubliklərin formalaşdırılması biraz yorucu olsa da, nəticə gözəl olacaq. Uşaqlar üçün yanında bir stəkan südlə içəcəkləri çox dadlı qida əldə edəcəksiniz.

Lazım olan məhsullar:

– Qatılaşdırılmış süd – 1 banka
– Yumurta – 2 ədəd
– Kərə yağı – 4 xörək qaşığı
– Vanil ekstraktı – 1 çay qaşığı
– Soda, duz – hərəsindən 1/4 çay qaşığı
– Un – 4 stəkan

Hazırlanması:

Böyük bir qabda qatılaşdırılmış süd, yumurta, yumşaldılmış kərə yağı və vanili çalın.
Başqa bir qabda un, soda və duzu qarışdırın. Digər kütləni yavaş-yavaş, tədricən xəmirə əlavə edin və eynicinsli kütlə alınana qədər qarışdırın. Xəmir çox qalın alınır.
Xəmiri kiçik hissələrə ayırın (3/4 xəmir qaşığı) , top şəklində yuvarlayın , nazik və ya qalın rulonlar şəklinə salın və dairə halına gətirərək uclarını birləşdirin.
Bişirilmə üçün kağız döşənmiş listə qoyun. Üzərinə südlə çalınmış yumurta çəkin.
180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirin.

1

 

2