Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Lavaş kababı – RESEPT
Bizi mobildən daha sürətli  izləyin

Lavaş kababı – RESEPT

yyLavaş kababı – RESEPT

Kabab sevən xalq olduğumuz üçün kababın heç bir növünə “yox” demərik.

Ərzaqlar:

1 ədəd iri lavaş
Əridiləcək kərə yağı

Kotleti üçün:

500 qr qiymə
1 ədəd soğan
2 diş sarımsaq
1 ədəd yumurta
2 dilim bayat çörək
Cəfəri
Duz
İstiot
1 xörək qaşığı duru yağ

Sousu üçün:

1 xörək qaşığı tomat
2 xörək qaşığı kərə yağı
2 stəkan isti su
Duz

Hazırlanması:

Kotlet üçün lazım olan bütün ərzaqları qarışdırıb yoğurun, 30 dəqiqə soyuducuda saxlayın.
Soyuducudan çıxarıb lülə kabab formasında hazırlayın və 10-12 dəqiqə bişirin. Lavaşı bölüb qalın tərəfinə kababları düzün və rulet kimi bükün. Sonra eninə bölərək tavada 175 dərəcədə üzəri qızarana kimi bişirin. Sousu üçün tomatı yağda qarışdırın. Sonra üzərinə duz və isti suyu əlavə edin.
Üzəri qızarmış lavaş kabablarının üzərinə tökün. Nuş olsun!


Buna da baxın

Gəncliyin sirri bu salatda

Whatsapp ilə Paylaş Tərkibi (2 nəfərlik) Qreypfrut – 1 ədəd Portağal – 1 ədəd Armud …