Bizi mobildən daha sürətli  izləyin

Lavaş salatı

lavash

Lavaş salatı

Tərkibi:

-Lavaş -2 əd
-Ət -200 qr
-Xiyar- 2 əd
-Turşu xiyar -2 əd
-Pomidor -3 ədəd
-Şüyüd
-Mayonez
-istiot, duz

Hazırlanması:

Əti qaynadıb bişiririk və soyuduqdan sonra didirik. Təzə xiyarı və turşu xiyarı sürtkəcdən keçiririk. Sürtkəcdən keçirdiyimiz xiyarları, süzgəcə töküb suyunun çıxmasını gözləyirik. Pomidorları xırda -xırda doğrayırıq. Şüyüdü yuyub doğrayırıq və ərzaqları , mayonezi ,duz , istiotu hamısını qaba töküb qarışdırırıq. Onu da qeyd edək  ki, mayonezi xamayla əvəz edə bilərsiniz . 15 -20 dəqiqə qarışdırdığımız salatı qabda saxlayırıq ki, suyu çıxsın . Stolun üzərinə streç film sərib üstünə 1 ədəd qalın lavaş səririk. Üzərinə hazırladığımız salatı yayırıq və büküb lavaşın qıraqlarını mayonezləyirik ki, açılmasın. Streçlə büküb 1-2 saat soyuducuda saxlayırıq. Soyuducudan çıxardığımız hazır bükməmizin üzərinə 2-ci lavaşı mayonezləyib  qoyub, bükürük. Səliqəli doğranması üçün çörək bıçağı (mişar bıçaq) ilə doğrayırıq.

untitled-1

Nuş olsun

Buna da baxın

Yumurtalı kartof salatı

Whatsapp ilə PaylaşTərkibi: 12 ədəd kiçik kartof ( 750 qr) 60 qr kərə yağı 2 …