Bizi mobildən daha sürətli  izləyin

Lavaşiçi

jj

Uşaqların intellektual inkişafı ərzaq təminatından birbaşa asılıdır!

Alimlər müəyyənləşdiriblər ki, beyin fəaliyyətinin inkişafı üçün uşaqların gündəlik istifadə etdikləri qidalar xüsusi əhəmiyyət daşıyır.

Adətən məktəblilər dərslərarası tənəffüslərdə məktəb bufetindən peçenye, bulka, buterbrod və s. bu kimi qidalar almaqla aclıqlarını dəf edirlər. Bu tipli qidaların uşaqların sağlamlığı üçün nə qədər zərərli və təhlükəli olduğu artıq hamıya məlumdur.

Bütün dünyada tanınan həkim-diyetoloq Patrik Хоlfоrd uşağın fiziki və əqli potensialının inkişafından danışarkən qida məhsullarının alınması, ailə rasionun tərtib edilməsi və evdən kənarda istifadə edilməsinə xüsusi əhəmiyyət vermişdir. Onun tərtib etdiyi yeni proqram valideynlərə praktiki məsləhətlər verir.

Çoxlu sayda sadə reseptlər hazırlanması və uşaqların düzgün qidalanması sahəsində əsas iş valideynlərin üzərinə düşür. Uşaqları hələ körpəlikdən dadlı, ləzzətli yox, əhəmiyyətli və faydalı olan qidalara alışdırmaq, eynicinsli qidalardan uzaq olmaq, qızartmalardan az istifadə etmək, meyvə və tərəvəzlərə üstünlük vermək lazımdır.

Sizə təqdim olunan bu sadə və asan başa gələn resept valideynlərin nəzarəti altında tərtib olunan və uşaqların gündəlik qidalı maddələrlə və vitaminlərin optimal balansını təmin etmək üçün nəzərdə tutulan reseptlərdən biridir.

Tərkibi:

Bişirilmiş və doğranmış toyuq – döş əti, soyutma kartof, doğranmış təzə xiyar, pomidor, kahı, xama vurularaq qarışdırılır və kiçik lavaşın içinə yerləşdirilir. Üzərinə sürtkəcdən keçirilmiş pendir əlavə edilir və lavaşlar səliqə ilə bükülür.

Ərzaqların sırasına göy noxud, qarğıdalı, doğranmış zeytun da əlavə etmək olar.