Bizi mobildən daha sürətli  izləyin

Lavaşlı Pizza

Lavaşlı-Pizza (1)

Lavaşlı Pizza

Tərkibi:

3 ədəd lavaş
3 ədəd yumurta
2 su stəkanı süd
1/ 2 çay stəkanı bitki yağı
1 xörək qaşığı qatıq
1 xörək qaşığı ketçup
4 dilim kolbasa
2 xörək qaşığı qarğıdalı
1 çay qaşığı kəklikotu
1 paket kənd pendiri

Hazırlanması:

Boşqabı yüngülcə yağlayın. İlk lavaşı boşqaba, kənarları çöldə qalacaq şəkildə, yerləşdirin. Qalan lavaşları əlinizlə parçalayıb ayrıca boşqaba qoyun. Bir qabda iki ədəd yumurtanı və 1 yumurtanın ağını, 2 su stəkanı südü, yarım çay stəkanı bitki yağını və 1 şorba qaşığı qatığı yaxşıca qarışdırın. Qarışımın yarısını parçalanmış lavaşlarını üzərinə gəzdirin və kənarlarını ortaya gətirərək birləşdirin. Qatıqlı qarışığın içinə 1 şorba qaşığı ketçubu əlavə edin. Hazırladığınız bu qarışımı yuxanın üzərinə tökün. Kolbasa dilimlərini düzün. Qarğıdalı və kəklikotunu səpin. Incə dilimlər halında kəsdiyiniz pendiri də kolbasanın üzərinə əlavə edin. Orta dərəcəli istilikdə olan sobada pendirin üzəri qızarana qədər bişirin.

Nuş Olsun!

Buna da baxın

Bayat çörəkdən hazırlanan pizza

Whatsapp ilə Paylaş Qadınların şikayətçi olduğu və heç cür dəyərləndirə bilmədiyi bayat çörəklərdən pizza hazırlamağın …