Əsas səhifə / Əsas menu / Gözəllik / Layner çəkməyin bilmədiyiniz hiylələri
Bizi mobildən daha sürətli  izləyin

Layner çəkməyin bilmədiyiniz hiylələri

gg
Bir çox xanımın başqalarında həsrətlə baxıb amma özlərinin çəkə bilmədiyi layner həqiqətən də incə bir işdir.
Amma çətin olsa da mümkünsüz deyil. Sadəcə səbr və bir az da incəlik tələb edən layneri siz də çəkə bilərsiniz.

Bunun üçün Qadınklubu.com sizlərə layner çəkməyin ən sadə üsullarını təqdim edir. Bu üsullara riayət etməklə siz də mükəmməl layner ilə gözəlliyinizə rəng qata bilərsiniz.

İşə dirsəyinizi möhkəm bir zəminə qoyaraq başlayın. Qolunuzu dirsəkdən etibarən dik bucaqla tutaraq əlinizi göz xəttinə gətirin. Layner çəkərkən əlinizi yanağınıza yaslayarak dəstək alın.

Göz qapaqlarına xətt çəkmədən əvvəl, göz qapağını əlinizlə yüngülcə gərginləşdirin. Beləcə qırışların meydana gətirdiyi boşluqlardan xilas olun.

Əgər adətən göz qələmi istifadə edirsinizsə, göz laynerindən əvvəl qələm çəkərək quru bir zəmin yaradın. Beləcə üzərinə maye göz layneri tətbiq etmək daha asan olacaq.

Pişik gözü tərzində quyruqlu bir stil seçmisinizsə, əvvəlcə quyruğu çəkin. Xətti alt kirpik dibinin xarici qisimindən başlasanız işiniz daha da asanlaşacaq.

Əgər həm göz kölgəsi (ten), həm də eyeliner çəkəcəksizsə onda əvvəlcə göz kölgəsini tətbiq edin. Göz kölgəsi laynerin daha yaxşı sürülməsinə kömək edəcək.

Düz bir xətt çəkməkdə çətinlik çəkirsinizsə yara bantından faydalanın. Bantı göz şəkliniz istiqamətində, ucu aşağı gələcək şəkildə yapışdırıb bantın üst tərəfi ilə düz xətt çəkin sonra boşluqları doldurun.

Uzun ucluqlu bir layner tətbiq etmək üçün əvvəlcə gözünüz açıq bir şəkildə saxlayaraq, göz qapağının kipriklərin alt hissəsindən qaşın son ucu istiqamətində bir düz xətt çəkin. Əgər bu düz xətti çəkməkdə çətinlik çəkirsinizsə hansısa bir düz xətt əmələ gətirəcək əşyadan, (bu qaşığın tutaqcaq hissəsi, və ya yara bantı və. s ola bilər) istifadə edə bilərsiniz. Həmin düz xətti çəkdikdən sonra göz qapağınızı aşağı salın. Yəni güzgünü üzünüzə nisbətən aşağı bir yerdə yerləşdirin. Daha sonra göz qapağınızın mərkəzi hissəsindən başlayaraq əvvəlcə çəkdiyiniz xətti birləşdirən bir xətt çəkin. Sonra bu iki xətt arasındakı boşluğu doldurun. Sonra gözünüzü açaraq kipriklərinizin dibinə nöqtələr tətbiq etməklə gözünüzün burnunuza qədər olan hissəsinə kimi davam edin. Daha sonra səliqə ilə bu nöqtələri düz xətt halına gətirin.

Digər bir üsul isə bir gözünüzü yumun. Gözün mərkəzindən qaşların sonu istiqamətinə doğru bir düz xətt çəkin. Daha sonra gözünüzü açıb kipriklərinizin alt hissəsində başlayaraq əvvəlcə çəkdiyiniz xətti yüngül toxunuşlarla birləşdirin. Aradakı boşluğu doldurduqdan sonra öncəki tətbiqdəki kimi, gözünüzü açıq saxlayaraq göz qapağının mərkəzindən burunuza qədər olan hissəyə doğru kipriklərinizin dibi ilə nazik bir xətt çəkin.

Bir şərh

  1. Video da gosdersez daha yaxshi olar